İranın BMT-dəki daimi nümayəndəsi Amir Said İravani bildirib ki, Tehran Ümumi Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə dürüst danışıqlara hazırdır.
gundemtv.az xəbər verir ki, lakin İran bu danışıqları təzyiq altında aparmaqdan imtina edir və Böyük Britaniya, Almaniya və Fransanın “Avropa üçlüyü” təşəbbüsünü “real olmayan ilkin şərtlər” üzündən rədd edir.
İravani konstruktiv alternativ kimi Moskva və Pekinin təklifini dəstəklədiyini vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın və Çinin 2231 saylı qətnamənin qısa müddətli texniki uzadılmasına dair təklifi bu istiqamətdə praktik addımdır.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 37