Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqını Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə səsləyib. Bloomberg-in məlumatına görə, söhbət Rusiyayla əməkdaşlıq edən üçüncü ölkə şirkətlərinə qarşı tədbirlərdən gedir.
gundemtv.az xəbər verir ki, Avropa liderlərinin bu təşəbbüsü, ABŞ-ın Putinlə açıq qarşıdurmaya getməməsindən doğan narazılıq fonunda irəli sürülüb. Bundan əlavə, Aİ Rusiyanın enerji sektoruna qarşı da yeni ikinci dərəcəli sanksiyalar hazırlayır.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 34