ABŞ prezidenti Donald Tramp Çinə səfər etməyi planlaşdırır.
Gündəm24.az xəbər verir ki, bu barədə o, "Fox News"a müsahibəsində deyib.
Tramp bildirib ki, yaxın günlərdə Çin sədri Si Cinpinlə danışıb və görüş üçün səfər variantını nəzərdən keçirir:
"Yəqin ki, bu il, ya da yaxın vaxtlarda Çinə gedəcəyik", – deyə ABŞ lideri qeyd edib.
Xatırladaq ki, ötən ay Tramp Si Cinpindən dəvət aldığını açıqlayıb.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 28