1982-ci ildə Los-Ancelesdə Türkiyə konsulunu öldürməkdə ittiham olunaraq həbs edilən Ambik Sasunyan bu gün İrəvanda sərbəst gəzir.
gundemtv.az xəbər verir ki, Sasunyan açıqlamasında deyib: “Baş nazirin erməni ləyaqəti yoxdur, o qorxaqdır, türkün qarşısında diz çöküb. Bizə milli lider lazımdır”.
Demək olar ki, 40 ilini həbsxanada keçirən Sasunyan 2021-ci ildə azadlığa çıxandan sonra yenidən radikallıq nümayiş etdirir və Ermənistan hakimiyyəti üçün potensial təhlükə yaradır.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 19