Serbiya Prezidenti Vuçiç Pekində Vladimir Putinlə görüşdən sonra bildirib ki, iki ölkə ABŞ-ın NIS (“Serbiya Neft Sənayesi”) şirkətinə tətbiq etdiyi sanksiyaların aradan qaldırılması üçün birgə işləməyi razılaşdırıb.gundemtv.az xəbər verir ki, Vuçiç serb KİV-lərinə açıqlamasında deyib: “Üçüncü məsələ NIS-ə qarşı sanksiyalar idi. Biz razılaşdıq ki, bu mühüm şirkəti və onun fəaliyyətini qorumaq üçün birlikdə işləyək. Heç kimdən heç nə oğurlamaq istəmirik və milliizasiyaya da əl atmayacağıq. Ümid edirik ki, böyük oyunçular bu məsələni həll edə biləcək”.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 30