Apple təqdimatda AirPods Pro 3 qulaqlıqlarını nümayiş etdirib.gundemtv.az xəbər verir ki, bu model xarici dili sinxron tərcümə edə bilir və bir sıra yeniliklərə malikdir. Qulaqlıqlara ürək döyüntüsünü ölçən sensor əlavə olunub, 15 idman rejimini izləmək mümkündür və bunun üçün artıq saatdan istifadə etməyə ehtiyac qalmayıb. Şünaq ləğv etmə texnologiyası dörd dəfə yaxşılaşdırılıb.
Dizayn əsasən saxlanılıb, lakin daxili hissələr tamamilə yenilənib. Hərəkətdə onlayn tərcümə funksiyası əlavə olunub, paketdə beş silikon üzlük təqdim edilir.
ABŞ-da satış qiyməti 249 dollar, ön sifariş isə artıq başlayıb.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 141