Xəbər verdiyimi kimi Apple şirkəti yeni iPhone 17-ni təqdim edib.gundemtv.az xəbər verir ki, təqdimatda Apple həmçinin ultra incə iPhone Air modelini nümayiş etdirib. Bu cihaz yalnız başqa bir iPhone deyil, eyni zamanda yüngüllük və möhkəmlik üzərində fokuslanmışdır. Telefonun qalınlığı cəmi 5,6 mm-dir, ekran ProMotion texnologiyası ilə təchiz olunub. Yeni nəsil Ceramic Shield ekranı əvvəlkindən 4 dəfə möhkəmdir, korpus isə titan kənarlarla gücləndirilib. Modelin işləməsini güclü A19 Pro çipi təmin edir.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 120