• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

“Kinder-sürpriz”dən Kremlin anti-Azərbaycan planlarına – Tofiq Zülfüqarovdan SENSASİON xatirələr

Manşet / Siyasət / Son dəqiqə

31-08-2025, 11:00



Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov olduqca maraqlı, sensasional məlumatlarla dolu bir məqalə qələmə alıb. O, özünün sosial media hesabında paylaşdığı həmin yazıda həm şəxsi xatirələrini, həm də Kreml daxilindəki anti-Azərbaycan yönümlü proseslərə dair mühüm məqamları açıqlayıb.

gundemtv.az həmin məqaləni Azərbaycan dilində olduğu kimi təqdim edir:

***

Deyirlər ki, Sergey Kiriyenko Cənubi Qafqaz dövlətləri ilə bağlı məsələlərə “nəzarət edir”…
Mən onunla yalnız bir dəfə Ukraynada, Krımda 1998-ci ildə görüşmüşəm. O zaman o, B. Yeltsinin əvəzinə MDB sammitinə gəlmişdi. Çox gənc idi, hətta məndən də cavan görünürdü, halbuki o dövrdə mən Azərbaycan hökumətində ən gənc nazir idim.

Xatırlayıram, biz avtomobillərin gətirilməsini gözləyirdik ki, Ukrayna Prezidenti L. Kuçmanın adından verilən qəbul mərasiminə – “Brejnev evi” adlanan iqamətgaha yollanaq. Qeyd edim ki, həmin iqamətgah İ. Stalinin bağ evindən uzaq deyildi. Ümumiyyətlə, bütün bu dövlət bağ evləri, demək olar ki, II Nikolayın “bağı” ilə eyni yol üzərində yerləşirdi… Amma L. Brejnevin bağ evinin bir maraqlı özəlliyi vardı, bunu qonaqlara da göstərirdilər – desert vaxtı sürüşkən şüşə panellər açılırdı və adam sanki özünü meşənin içində hiss edirdi. Amma bu, bir az sonra olacaqdı…

Hələ biz avtomobillərin gətirilməsini gözləyərkən, Boris Yeltsin tərəfindən defoltun dərhal ardından təyin olunmuş Rusiyanın yeni Baş naziri Sergey Kiriyenko “səhnəyə çıxdı”. O, meydana kifayət qədər şux addımlarla daxil oldu, amma tam da özünə əmin görünməyən gənc adam təsiri bağışlayırdı. Və nəsə bu məzmunlu sözlər dedi: “Rusiya nümayəndəsi artıq buradadır, gedək…”

MDB dövlət başçıları bir qədər təəccüblə ona baxdılar və adəti üzrə, sanki qeyri-rəsmi bir sualla, o yüksək toplantının ən yaşlı və nüfuzlu siması olan Prezident Heydər Əliyevin üzünə baxdılar.

Qeyd etməliyəm ki, Kiriyenkonun baş nazir təyin olunması, hətta Rusiyanın siyasi elitasında belə birmənalı qarşılanmamışdı. Xüsusilə də defoltdan sonra, hansı ki, yenə də Qərb kreditləri ilə “örtülməli” idi. Hamı maraqla həmin kreditorların təyin etdiyi adamı izləyirdi. Onu dərhal “Kinder-sürpriz” adlandırdılar. Bax bu “sürpriz” isə kifayət qədər konservativ bir mühitə gəlmişdi və özünü dərhal, olduqca qəribə şəkildə göstərməyə çalışdı…

Qısa pauzadan – gözləniləndən də uzun – sonra patriarx diqqətlə “Kinder-sürprizə” baxdı və dedi: “Dinlə, bəs sənin şaxtyorların necədir, onlar səni buraxdılarmı bura, bizim tədbirə?!” (O zaman şaxtyorlar hökumət evinin yanında “qambur” körpünün üzərində dəbilqələrlə döyür, əməkhaqlarını tələb edirdilər). Bu qeyddən sonra və həmin axşamın sonuna qədər Rusiya nümayəndə heyətinin rəhbəri susdu.

Soruşacaqsınız ki, bütün bunları niyə xatırladım? Özüm də bilmirəm, bəlkə ona görə ki, deyirlər, indi Azərbaycan haqqında böhtan yaymaqda Solovyov və Mardan kimi adamlara təlimat verən, elə həmin qocalmış Kiriyenkodur. Məlumdur ki, müdriklik yaşla gəlir, amma bəzən qocalıq təkbaşına gəlir…


Musavat.com-un arayışı: Sergey Vladilenoviç Kiriyenko 1998-ci ildə B. Yeltsin tərəfindən Rusiya Federasiyasının Baş naziri təyin edilib. Həmin vaxt cəmi 35 yaşı olduğuna görə, elə o zaman rus siyasətində ona “Kinder-sürpriz” ləqəbi verilmişdi. Lakin onun hökuməti qısaömürlü oldu və elə həmin ilin avqustunda ölkədəki maliyyə böhranı – defolt fonunda istefaya göndərildi.

2016-cı ildən etibarən Rusiya Prezident Administrasiyasında daxili siyasət idarəsinə rəhbərlik edib. Bu vəzifədə o, həm də Rusiya regionlarında seçkilərin təşkilinə, siyasi partiyaların koordinasiyasına və Kremlin informasiya siyasətinə nəzarət edən əsas şəxslərdən biri olub.

Son illərdə isə onun adı Cənubi Qafqaz və postsovet məkanında Kremlin siyasətini kurasiya edən əsas fiqurlar sırasında çəkilir. Azərbaycan əleyhinə yönəlmiş bəzi təbliğat xəttlərinin də məhz Kiriyenkonun təsiri altında formalaşdığı iddia olunur.

Qərb ölkələri, xüsusilə də ABŞ və Aİ, Ukrayna müharibəsindən sonra Kiriyenkonu sanksiya siyahılarına daxil ediblər.\\musavat.com

Oxunub: 156
Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

30-08-2025, 09:56

PUTİN TƏHLÜKƏSİZLİK ŞURASINDA QƏRAR VERDİ – SABAHDAN KREMLİN BÜTÜN İTLƏRİ AZƏRBAYCANA HÜRƏCƏK!

Manşet / Siyasət

27-08-2025, 10:11

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: Ölkə başçısından mühüm mesajlar(CANLI)

Manşet

26-08-2025, 10:03

Rusiyanın “Turan sancısı” - Moskvadan şok etiraf

Manşet

22-08-2025, 12:30

QHT Agentliyi qrant müsabiqəsi ELAN ETDİ

Cəmiyyət

16-08-2025, 16:40

Bina evi, yoxsa həyət? –VACİB DETALLAR

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
23-02-2026, 14:00
Bakıda ana oğlunun qatilini bağışladı
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
Son xəbərlər
  • 28-02-2026, 22:30
    İranla sərhədə avtobuslar cəlb edildi: vətəndaşların təxliyəsi həyata keçirilir
  • 28-02-2026, 14:30
    İranın müdafiə naziri ÖLDÜRÜLDÜ
  • 28-02-2026, 12:00
    İrana hücum edilir: XİN-dən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ
  • 28-02-2026, 10:00
    54 yaşlı deputatdan gözlənilməz addım
  • 28-02-2026, 09:30
    Martda bayram bayrama qarışacaq: 16 gün evdə olacağıq
  • 27-02-2026, 17:30
    Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir – Sərəncam
  • 27-02-2026, 09:00
    Pensiyalarla bağlı mühüm təklif
  • 25-02-2026, 09:30
    Moskvada Leyla Əliyeva adından iftar verildi
  • 24-02-2026, 16:00
    Şok iddia – məşhur mesajlaşma platformasının rəhbərinə ağır ittiham
  • 24-02-2026, 14:00
    Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
  • 24-02-2026, 12:00
    İcbari tibbi sığorta ilə sevindirici xəbər
  • 24-02-2026, 09:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 08:00
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • 23-02-2026, 15:30
    Aldığımız mandarin nə üçün tez kiflənir?
  • 23-02-2026, 14:30
    Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
  • 23-02-2026, 14:00
    Bakıda ana oğlunun qatilini bağışladı
  • 23-02-2026, 13:30
    Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
  • 23-02-2026, 09:30
    Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi
  • 22-02-2026, 19:30
    Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
  • 22-02-2026, 19:00
    Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
  • 22-02-2026, 07:00
    “WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
  • 20-02-2026, 13:30
    “Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
  • 20-02-2026, 12:00
    Səngərlərdəki Ukrayna qoşunları ciddi təhlükə ilə üzləşib
  • 20-02-2026, 10:00
    Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək – Yeni qərar
  • 20-02-2026, 07:00
    “Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?
  • 16-02-2026, 17:00
    Bakıda və bölgələrdə külək güclənəcək – Xəbərdarlıq
  • 16-02-2026, 16:30
    Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər
  • 16-02-2026, 06:00
    Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT
  • 14-02-2026, 14:30
    Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
  • 14-02-2026, 13:00
    “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
  • 14-02-2026, 08:00
    Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir
  • 13-02-2026, 16:30
    Fevralda bahar havası: neçə gün davam edəcək?
  • 13-02-2026, 16:00
    Ata Abdullayev azadlığa çıxdı
  • 13-02-2026, 13:00
    Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
  • 13-02-2026, 11:30
    ABŞ-da qəribə insident – əyləncə şarları kartel dronu kimi məhv edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə