Abşeron rayonu, Novxanı kəndində 21 yaşlı gənc dənizdə çimərkən batıb.
Gündəmtv.az xəbər verir ki, hadisə Novxanı çimərliyində qeydə alınıb.
2003-cü il təvəllüdlü İlham Zülfiqar oğlu Abbasov dənizdə çimərkən boğulub.
Meyit dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.