Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa işlərinin miqyası heyranedicidir.
“Report”un əməkdaşı xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek Şuşaya səfəri zamanı bildirib.
"Gördüklərim həqiqətən heyranedicidir - çox böyük miqyasda iş görülüb", - diplomat qeyd edib.
Səfir Şuşada ilk dəfə olduğunu, lakin əvvəllər Qarabağı ziyarət etdiyini bildirib. O vurğulayıb ki, şəhərin təbiətinin onu xüsusilə valeh edib.