Arxiyepiskop Baqrat Qalstanyan kilsə xidmətindən azad edilib.
Gündəmtv.az xəbər verir ki, bu barədə erməni KİV-nin sorğusuna cavab olaraq Müqəddəs Eçmiədzin Ana Taxtının mətbuat xidməti məlumat verib.
“Ermənistanda etirazlarda iştirak etməsi ilə əlaqədar arxiyepiskop Baqrat Qalstanyanın ruhani xidməti dayandırılır.
Müqəddəs Eçmiədzinin Ana taxtında qərara alınıb ki, yeni rəhbərlik gələnə qədər ona icazə verilsin.
Baqrat Qalstanyanın yepiskop rütbəsi qorunub saxlanılacaq, onun kilsə inzibati xidmətinə xitam veriləcək.
Arxiyepiskop artıq digər məsələlərə də aydınlıq gətirib”, – bütün ermənilərin katolikosu deyib.