Çin və Azərbaycan arasında ticarət əlaqəri güclənib.
"Gündəmtv.Az"ın məlumatına görə, bunu Çin Xalq Respublikasının ölkəmizə təyin olunmuş səfir müşaviri Ding Tao Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransında deyib.
O bildirib ki, Azərbaycan və Çin ticarət dövriyyəsi ötən il rekord həddə yüksəlib:
"Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 43,5% artaraq 3,1 mlrd dollara yüksəlib".
"Azərbaycan 2016-cı ildən Şanxay Əməkdaşlıq Təşkilatının mühüm üzvü olub", - deyə səfir müşaviri əlavə edib.