Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb.
"Gündəmtv.az" xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.
Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Xaliq Quliyevin idarə etdiyi "UAZ" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Nəticədə sükan arxasında olan hərbçi və digər sərnişinlər - Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralıların vəziyyətləri qənaətbəxşdir.