Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın “Hospodarske noviny” nəşrinə geniş müsahibə verib və rəsmi Bakının iqtisadi siyasəti, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolu, “yaşıl fanatizm”in niyə kənara qoyulmalı olduğu barədə danışıb.
Gündəmtv.Az-ın “Report”a istindən xəbərinə görə, H.Hacıyev Mərkəzi və Şərqi Avropa ölkələrini Azərbaycanın ənənəvi dostları və tərəfdaşları adlandırıb.
"Biz onlarla tarixi əlaqələri və dostluğu saxlayırıq, xüsusən Çexiya və ya Slovakiya kimi ölkələrlə. İyunda Praqada keçirilən “Globsec” təhlükəsizlik konfransında iştirak edə bildiyimə görə çox minnətdaram.
Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki, slovak və ya çex dostlarımızla ünsiyyət qurmaq bizim üçün əlverişlidir, çünki bir-birimizi çox yaxşı başa düşürük.
Aramızda çox oxşarlıqlar var, məsələn, eyni çağırışlar və çətinliklərlə qarşılaşırıq. Bu mənada, mesajımızı Avropa İttifaqına və digər beynəlxalq institutlara çatdıra biləcəyinizə görə bizim üçün vacib tərəfdaş olduğunuzu söyləmək olar. Bütün bu aspektləri nəzərə alsaq, yalnız bir nəticə çıxır – Mərkəzi Avropa ölkələri bizim etibarlı tərəfdaşlarımızdır", - H.Hacıyev bildirib.
O, həmçinin qeyd edib ki, enerji Azərbaycanın digər ölkələrlə, xüsusilə Slovakiya ilə əlaqələrinin mühüm sahəsidir.
"Nəhayət enerji sayəsində bizim Slovakiya və digər ölkələrlə çox yaxşı əlaqələrimiz var. Bununla belə, bir daha təkrar edirəm - bizim münasibətlərimiz tarixi kontekstdə qurulub. Artıq keçmişdə sadə insanlar arasında çoxlu və siyasi əlaqələrimiz olub. Bu ənənə ilə yanaşı, iqtisadi və ticarət əlaqələrinin inkişafı üzərində işləyirik. Ancaq məhz enerji Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əməkdaşlığının və tərəfdaşlığının əsas komponentidir.
Azərbaycanın təbii qazının Avropa bazarına tədarükü Transadriatik qaz kəməri vasitəsilə həyata keçirilir. Azərbaycan hazırda Avropanın səkkiz ölkəsinə birbaşa qaz verir. Ancaq qazdan ümumilikdə Avropanın 12 dövləti tərəfindən istifadə edir.
Biz dəfələrlə sübut etmişik ki, etibarlı tərəfdaşıq. Bundan əlavə, qaz və enerji sahəsində əməkdaşlıq heç bir siyasi məzmun olmadan baş verir. Bu, sırf kommersiya məsələsidir, təmiz biznesdir. Əlbəttə, tərəfdaşlarımızın enerji təhlükəsizliyi bizim üçün vacibdir", - H.Hacıyev vurğulayıb.