• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Ekoloji mühit qorunacaq, elektrik və hibrid avtomobillərə keçid sürətlənəcək - AÇIQLAMA

Manşet / Siyasət

1-07-2024, 13:35



"Bu gün ekoloji tarazlığın qorunması və iqlim dəyişikliyinə qarşı mübarizə beynəlxalq aləmin qarşısında duran ən aktual məsələlərdəndir. Ona görə də beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır. Azərbaycanda da hər zaman ekoloji mühitin qorunmasına böyük diqqət yetirilib və bu, hökumətin yürütdüyü siyasətin əsas prioritetlərindən birini təşkil edib. Noyabrda Bakıda keçiriləcək COP29 da məhz bu siyasətin məntiqi nəticəsidir. Azərbaycan ekoloji mühitin qorunması və iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv iştirakçı kimi ölkə başçısı tərəfindən çoxsaylı tədbirlər planı hazırlanaraq həyat keçirilməkdədir. Bunlardan biri də avtonəqliyyat vasitələrinin emissiyasının minimuma endirilməsidir".

Bunu Ölkə.Az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, bu gün avtonəqliyyat vasitələrinin işləməsindən havanı çirkləndirən əsas tullantılara dəm qazı, karbohidrogenlər, azot oksidləri daxildir. "Bir fakt qeyd edim: 20000 km yürüş etmiş avtomobil havaya 0,775 kq qurğuşun, 40,75 kq azot oksidləri, 234 kq karbohidrogen və 765 kq dəm qazı buraxır ki, bu da Günəş işığının təsirindən həmin tullantılar kimyəvi dəyişikliyə məruz qalaraq zərərli troposferli ozonla və fotokimyəvi mənşəli müxtəlif toksinlərlə zənginləşir. Məhz bu maddələr insan həyatı üçün təhlükəli və idarə edilməsi mümkün olmayan fəsadlar yaradır.

Digər tərəfdən havanın çirklənməsinin ən ciddi təhlükəlisi və xoşagəlməyəni qaz, tüstü, duman və toz qarışığı olan smoqdur. Nəticədə fotokimyəvi smoq havada sarı rəngli duman əmələ gətirir, bu zaman hava tutqunlaşır, xoşagəlməz kəskin qoxu yaranır, adamların səhhətini pisləşdirir. Smoqun bütün növləri görməni azaldır və nəfəsalma sistemini qıcıqlandırır. Fotokimyəvi smoq gözü və quzeyli qişasını qıcıqlandırmaqla yaş axmasına səbəb olur, eyni zamanda bitki örtüyünü də müxtəlif dərəcədə zədələyir. Bu çevrilmələr isə üzvi yanacağın, məsələn, benzinin yanmasından ayrılan karbohidrogenlərin fotokimyəvi parçalanması zamanı baş verir.

Nəqliyyat vasitələrinin sıx olduğu şəhərlərdə, yəni Bakı kimi şəhərlərdə havanın çirklənməsi daha intensiv və həcmli olur.

Burada daha mühüm məqam isə ondan ibarətdir ki, ölkədə istifadə edilən avtomobillərin böyük əksəriyyətinin istismar müddətini başa vurmuş olduğunu nəzərə alsaq, vəziyyətin hansı xəritə alacağını təsəvvür etmək çətin deyil. Avtomobil nəqliyyatı iş prosesində ətraf havaya 200-dən çox zəhərli və zərərli maddə ixrac edir ki, bundan da ancaq insanlar, ətraf mühit, təbiət zərər çəkir", - o qeyd edib.
Abbaszadə əlavə edib ki, cənab Prezident nəqliyyat vasitələrinin ekologiyaya və insanların sağlamlığına vurduğu bu zərərin qarşısını almaq məqsədilə "Avro" standartlara keçidə qərar verilib: "Bu məqsədlə Azərbaycan mərhələləli şəkildə ”Avro-2", “Avro-3", ”Avro-4" standartlarını tətbiq edib. Növbəti mərhələ kimi “Avro-5" ən yüksək səviyyəsini tətbiq etmək barədə qərar verib. "Avro-5"ə keçid avtonəqliyyat vasitələrinda amissiyanı azaltmağa imkan verəcək. "Avro-5" standartı isə digər standartlardan daha baha başa gələn yanacaqdır. Ümumiyyətlə gələcəkdə Azərbaycan sıfır emissiyalı nəqliyyat vasitələrinə keçidi qarşısına hədəf qoyub və mərhələli şəkildə addımlar atmaqdadır. Tarif Şurasının son qərarı da Azərbaycanda "Avro-5" ekoloji standartına keçidlə ekoloji mühitin qorunmasına xidmət edir.

Azərbaycanda yanacağın keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir, bu sahəyə investisiya xərcləri artır. Ölkəmizdə AVRO-5 standartına tam uyğun olaraq istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi bu məhsulların satış qiymətlərinin artırılmasını zəruri edir.

Bununla bağlı SOCAR-ın müraciəti əsasında Tarif Şurasının Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib".

Dizel yanacağından 20 faiz artımına gəldikdə isə Abbaszadə deyib ki, bu qərar daha yüksək ekoloji zərər nəzərə alınaraq verilib: "Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayının artırmasına səbəb olacaq. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərcləri azaldaraq istismar müddətini uzadacaq.

Yumşaq tarif keçidinə baxmayaraq, psixoloji amil səbəbindən tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək".

O eyni zamanda əlavə edib ki, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. "Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya səviyyəsində böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Azərbaycanda da bu nəzərə alaraq Aİ-95 marakalı benzinin qiymətini kəskin şəkildə endirmək barədə də qərar verib. Belə ki, Aİ-95 markalı benzinin bir litri 40 qəpik ucuzlaşaraq 2 manatdan 1,6 manata enəcək. Bu da insanları daha az emissiyalı avtonəqliyyat vasitələrindən istifadəyə təşviq edəcək. Bu da nəticə etibarilə ekoloji mühtin qorunması istiqamətində görülən işlərə öz töhfəsini verəcək.
Yeni tarif tənzimləməsi həmçinin dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, dövlət büdcəsindən asılılığı azaldacaq, abonentlərin uçotunun və xidmət haqlarının yığımının təşkilini stimullaşdıracaq və özəl sektorun bu sahəyə marağını təşviq edəcək".

Paylaş:
Digər xəbərlər

Manşet / İqtisadiyyat

30-06-2024, 20:15

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Manşet / Cəmiyyət

2-06-2024, 18:50

COP29 Sədrliyinin Könüllülər Mərkəzinin açılışı olub

Manşet / Siyasət

25-05-2024, 23:02

Nardaran çimərliyindəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Manşet / Siyasət

20-05-2024, 20:47

“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları ekoloji cəhətdən təmiz enerji istehsal edəcək

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 22:53
    Abbas Əraqçi: İsrailin hücumları davam etdikcə İran danışıqlar aparmayacaq
  • Bu gün, 22:34
    İranda güclü zəlzələ baş verib
  • Bu gün, 11:53
    İran XİN: İsrail zərbələr endirdiyi müddətdə danışıqlar aparmayacağıq
  • Bu gün, 11:35
    İran Qətəri ABŞ bazalarına zərbələr endirə biləcəyi barədə xəbərdar edib
  • Bu gün, 11:20
    Səfir: Qvineya Azərbaycanın inkişaf modeli, xüsusən də enerji idarəçiliyi sahəsində təcrübəsini öyrənmək istəyir
  • Bu gün, 11:00
    Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
  • Bu gün, 10:50
    Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
  • Bu gün, 10:30
    Orta Dəhliz çərçivəsində Tszinxuadan ilk yük qatarı Türkmənistan vasitəsilə Bakıya yola düşüb
  • Bu gün, 10:10
    DİN-in Hərbi İnstitutunda buraxılış olub
  • Bu gün, 10:10
    İranın Müdafiə Nazirliyinə məxsus agentliyin qərargahı vurulub
  • Bu gün, 09:50
    Bakıda tanınmış şirniyyat mağazasının fəaliyyəti dayandırılıb -VİDEO
  • Bu gün, 09:10
    Azərbaycanda akkreditə olunmuş diplomatlar Laçında səfərdədir
  • Bu gün, 08:42
    Meksikanın “Canal 6 TV” kanalında Azərbaycanın uğurları və dünyada artan nüfuzundan danışılıb
  • Bu gün, 08:00
    Qrossi: İran nüvə bombası hazırlamırdı
  • Bu gün, 07:40
    Azərbaycan səfirliyinin birinci katibi perulu merlə görüşüb
  • Bu gün, 07:10
    Avstraliya Tehrandakı səfirliyinin fəaliyyətini dayandırır və konsulluq xidmətini Azərbaycana göndərir
  • Bu gün, 06:50
    “İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək” – Qərbi Azərbaycan Xronikası -VİDEO
  • Bu gün, 06:00
    "Haber Global": İlham Əliyev və Ərdoğandan Kahramanmaraşa simvolik ziyarət – dondurma jesti ilə tamamlanan səfər -VİDEO
  • Bu gün, 02:30
    BMT TŞ-də İran və İsrail arasındakı münaqişə ilə bağlı təcili iclas keçiriləcək
  • Dünən, 16:11
    Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub
  • Dünən, 16:02
    Kahramanmaraşda Azərbaycan Mədəniyyət Mərkəzi təsis ediləcək
  • Dünən, 15:55
    İsrail İranın raket qurğularının üçdə ikisini məhv edib
  • Dünən, 15:50
    Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb
  • Dünən, 15:47
    Muxtar Babayev: COP29 sədrliyi Bakıda verilən vədlərin yerinə yetirilməsi istiqamətində işi davam etdirəcək
  • Dünən, 15:46
    "Haber Global": "Azərbaycan məhəlləsi"ndə həyat başlayır
  • Dünən, 15:40
    Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
  • Dünən, 14:50
    Əbu-Dabidən Qəbələyə ilk birbaşa aviareys açılıb
  • Dünən, 14:34
    BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib, onlara ailələri ilə əlaqə üçün şərait yaradılıb
  • Dünən, 14:00
    Macarıstan İrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb
  • Dünən, 13:52
    Ermənistan ordusunun generalı Azərbaycan ərazilərində mina basdırılması ilə bağlı sualları cavablandırıb
  • Dünən, 12:52
    İlham Quliyev: "İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"
  • Dünən, 12:51
    Zəngilan və Qubadlıda aqrar inkişaf üçün mühüm su infrastruktur layihəsi başa çatdırılıb
  • Dünən, 12:46
    Xocalıya köçürülən 350-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edilib
  • Dünən, 12:22
    QDİƏT PA-nın 65-ci Baş Assambleyasının iştirakçıları Şuşada səfərdədir - YENİLƏNİB
  • Dünən, 12:20
    "Qayalı" marketlər şəbəkəsinin rəhbəri Şükür Həmidovun oğlu ilə görüşdü - FOTO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə