• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Mənzilimizi niyə sığorta etdirmək istəmirik?

Manşet / Cəmiyyət

21-04-2025, 07:50


"Azərbaycanda daşınmaz əmlakın katastrofik risklərdən icbari sığortası nəzərdə tutulur". Bunu mətbuata açıqlamasında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib. O bildirib ki, beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də katastrofik risklərin təsirinin azaldılması üçün sığorta effektiv müdafiə mexanizmi sayılır. Bununla əlaqədar olaraq daşınmaz əmlakın icbari sığortasının katastrofik risklər üzrə daha geniş kütləyə təsir edə biləcək əhəmiyyətli zərərlərin aradan qaldırılması istiqamətində sığortanın təsiredici imkanlarının artırılması nəzərdə tutulur. Bu sığorta növü üzrə beynəlxalq təcrübəyə əsaslanmaqla yeni konsepsiya hazırlanıb və aidiyyəti hüquqi aktların tərtib olunması üzrə işlər davam etdirilir.

Son dövrlər daşqın, sel, meşə yanğınları, zəlzələlər, həmçinin bir sıra kütləvi tələfatlara və maddi ziyana səbəb olan təbii fəlakətlərin sayının artması ilə Mərkəzi Bank daşınmaz əmlakın icbari sığortasını yenidən gündəmə gətirib. Məlumdur ki, əslində bu, "İcbari sığorta haqqında" qanunda yer alır, amma tətbiq olunmur. Hətta bir neçə il öncə qanunun tətbiq ediləcəyi, sığorta olunmayanaların cərimlənəcəyi barədə xəbərlər yayılsa da, tətbiq edilmədi.

Maraqlıdır, nə üçün yaşadığımız mənzilləri sığorta etməkdə çətinlik çəkirik? Ümumiyyətlə, bu sahədə problemlər nədir? Yeni konsepsiya bu istiqamətdə nələri dəyişə bilər?

Gündəmtv.az xəbər verir ki, sığorta eksperti İlkin Nəcəfov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, daşınmaz əmlakın icbari sığortası da qanuna əsasən, icbari qaydada edilməlidir:

"Katastrofik risklər dedikdə təbii fəlakətlər, yanğınlar, partlayışlar, ildırım vurması, zəlzələ kimi hadisələr nəzərdə tutulur. Hər bir əmlak - yaşayış, qeyri-yaşayış sahəsi icbari qaydada sığortalanmalıdır. Hazırda sakinlər bunu etməkdə maraqlı deyillər. Çünki cərimə mexanizminin işlək protokolu yoxdur. Bu cərimə mexanizmini həyata keçirəcək müvafiq icra hakimiyyəti orqanı təyin edilməyib. Qanun var, amma qanunun icrası ilə bağlı cərimə mexanizmi olmadığı üçün əhali də əmlakını sığortalamır”.

Mütəxəssis deyir ki, hazırda əmlaklarını sığortalayanlar daşınmaz əmlakla bağlı notariusda, dövlət orqanlarında əqdlər həyata keçirənlərdir:

"Qeyri-yaşayış sahələrində icbari sığorta üzrə bazarın əhatə göstəricisi demək olar ki, 100 faizə yaxındır. Çünki icbari sığortası olmayan qeyri-yaşayış sahələri Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən cərimələnir. Amma yaşayış sahələrində bu mexanizm yoxdur. Mərkəzi Bank bununla bağlı iş aparır, müvafiq icra hakimiyyəti orqanının cərimə protokolu hazır olandan sonra bu sığortanın tətbiqi həyata keçiriləcək”.

Əmlak eksperti Elnur Azadov isə deyir ki, iki il öncə bu sahədə maaifləndirmə aparılır, cəmiyyətdə maraq oyanırdı. İndi isə vəziyyət dəyişib:

"Ölkədə artıq bir neçə ildir ki, daşınmaz əmlakın icbari sığortası həyata keçirilir, bununla bağlı müvafiq qanunvericilik var. İlk illər bu barədə geniş müzakirələr aparıldı. Hətta sığorta olmadığı halda inzibati məsuliyyətə, cərimələrə cəlb olunma məsələsi də gündəmdə var idi. Bu səbəbdən 2022-2023-cü ildə daşınmaz əmlakın icbari sığortası ilə bağlı xeyli sığorta müqavilələri bağlanıldı və bu sahədə inkişaf var idi. Lakin 2024-cü ildə proses yenidən səngidi. Vətəndaşlar sanki bunu unutdular. Ona görə də daşınmaz əmlakın icbari sığortası əvvəlki illərlə müqayisədə 2-3 dəfə azaldı”.

Əmlak eksperti deyir ki, daşınmaz əmlakda sığorta hadisələrinin sayı az olduğundan, risklər də çox deyil. Buna görə də vətəndaşlar əmlakını sığorta etməyə meyilli deyillər:

"Bu sahənin inkişafı üçün ölkədə çox işlər görülməlidir. Məsələn, qeyri-rəsmi məlumata görə, 500 mindən çox müxtəlif daşınmaz əmlakın mülkiyyətləri tanınmır, yəni, qanunsuz tikililərdir. Hətta mənə görə bu rəqəm 700-800 mindir. Çünki 500 min yalnız Bakı ərazisindədir. Belə böyük həcmdə daşınmaz əmlakın amnistiyası olmalıdır. Bu istiqamətdə illərdir işlər aparılır, lakin hələ də nəticə yoxdur. Nə vaxt ki, ölkədə olan bütün daşınmaz əmlakların mülkiyyəti tanınacaq, bu sektorun inkişafı üçün daha çox iştirakçı cəlb olunacaq”.

Mütəxəssisin sözlərinə görə, növbəti problem odur ki, ölkədə 11 minə yaxın istismar müddəti bitmiş çoxmənzilli köhnə bina var: "Onların da sığortaya cəlb olunması sığorta sektoru üçün risklidir. Onların içində xeyli sayda qəzalı və yarımqəzalı bina var. Bu, ciddi səbəbdir. Çünki sığorta şirkətləri qəzalı və yarımqəzalı binalardakı mənzilləri sığorta etməkdən boyun qaçırırlar. Hər hansı bədbəxt hadisə olarsa, təbii ki, bunun da nəticəsi yaxşı olmayacaq”.

Məlumat üçün bildirək ki, daşınmaz əmlakın icbari sığortası illik Bakı ərazisində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər rayonlarda isə 30 manatdır. Hər hansı bədbəxt hadisə zamanı vətəndaşa ödəniləcək sığorta məbləği Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manata qədər, Bakıda 25 min manatdır. Digər yaşayış məntəqələrində bu məbləğ 15 min manat müəyyən olunub.

Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

16-04-2025, 16:00

Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA

Manşet / Siyasət / Cəmiyyət

16-12-2024, 14:31

Elektromobillərin icbari sığortası bağlı YENİLİK

Manşet / Cəmiyyət

5-12-2024, 20:02

Evini sığortalamayan üçün cərimə mexanizmi – VACİB AÇIQLAMA

Manşet / Cəmiyyət

28-11-2024, 12:15

Dərman vasitəsi effektiv olmadıqda pul geri qaytarılacaq

Manşet / Siyasət

18-10-2024, 14:44

Komitə sədri: Regionlarda ilkin tibbi məntəqələrin maddi-texniki bazası bərbaddır

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 21:54
    QDİƏT üzvləri uğurlu sədrliyə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər
  • Dünən, 20:40
    XİN: İranın ermənipərəst səfiri ilə bağlı lazımi addımlar atmasını gözləyirik
  • Dünən, 20:20
    XİN: İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik
  • Dünən, 19:31
    Çıxarışı olmayan mənzillərlə bağlı vacib xəbər -VİDEO
  • Dünən, 19:30
    Partlayışda tikili dağılıb, kinostudiyanın inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
  • Dünən, 19:03
    Bölgələrdə taksilər niyə bahalaşdı?
  • Dünən, 19:01
    Kinostudiyanın ərazisindəki partlayış sakinlərin başına oyun açdı -VİDEO
  • Dünən, 17:20
    Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
  • Dünən, 16:49
    "Azərbaycanfilm": Kinostudiya gündəlik fəaliyyətini davam etdirir
  • Dünən, 16:05
    İlham Əliyev Sudanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Dünən, 15:15
    Ermənistanda arxiyepiskop Mikael Acapaxyanın həbsinə maneə törədilməsi ilə bağlı cinayət işi açılıb
  • Dünən, 15:12
    Rusiya və İran arasında hava əlaqəsi bərpa edilib
  • Dünən, 15:07
    Livanın Baş naziri İsraili ölkənin suverenliyini pozmaqda ittiham edib
  • Dünən, 15:03
    Lukaşenko İranın nüvə obyektlərinə zərbələri beynəlxalq hüququn "təhlükəli pozuntusu" adlandırıb
  • Dünən, 15:00
    Azərbaycanın enerji infrastrukturunun qurulmasında Çin şirkətlərinin iştirakı müzakirə edilib
  • Dünən, 14:14
    Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
  • Dünən, 14:06
    Ermənistan MTX vətəndaşları Acapaxyanın həbsinə mane olmamağa çağırıb
  • Dünən, 12:23
    II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub - YENİLƏNİB-2
  • Dünən, 12:11
    Sabah 37 dərəcə isti olacaq
  • Dünən, 11:20
    İlham Əliyev Polşanın yeni səfirinin etimadnaməsini qəbul edib
  • Dünən, 11:20
    Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib - YENİLƏNİB
  • Dünən, 11:16
    Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
  • Dünən, 11:08
    Prezident İlham Əliyev Cibuti Prezidentini təbrik edib
  • Dünən, 00:13
    Mədəniyyət Nazirliyi: Partlayış kinostudiyanın ərazisindəki istifadə olunmayan anbarda baş verib
  • Dünən, 00:03
    "Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-3 -VİDEO
  • 26-06-2025, 16:51
    Ramin Məmmədov Berlindəki “Şəhidlik” məscidində olub
  • 26-06-2025, 16:04
    Azərbaycan səfiri Parisdə İkinci dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlardan bəhs edib
  • 26-06-2025, 15:24
    İranın ali lideri ABŞ-ni hədələyib
  • 26-06-2025, 14:40
    Azərbaycan Çin şirkəti ilə külək enerjisi layihələrini müzakirə edib
  • 26-06-2025, 14:20
    İranın ali lideri İsraillə münaqişədə qələbə münasibətilə İran xalqını təbrik edib - YENİLƏNİB
  • 26-06-2025, 13:31
    Yaponiyalı diplomat, rusiyalı və qazaxıstanlı tələbələr İrandan Azərbaycan vasitəsilə təxliyə olunublar
  • 26-06-2025, 13:20
    Polkovnik-leytenant: Xankəndidən vaxtilə dövlətimizi təhdid edənlər bu gün məhkəmə qarşısında cavab verirlər
  • 26-06-2025, 13:02
    Türkiyəli ekspert: Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq
  • 26-06-2025, 13:00
    Bərdədə iki qadın qidadan zəhərlənib
  • 26-06-2025, 12:52
    Azərbaycan Çin şirkəti ilə anlaşma memorandumu imzalayıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə