Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qızı Əminəni doğum günü münasibətilə təbrik edib.
Gündəmtv.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Əziz Əminə, ad günün mübarək! Səni çox sevirik! Allah bütün uşaqları sağlam və xoşbəxt etsin”, - deyə o qeyd edib.