Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı ABŞ vitse-prezidenti Cey Di Vens ilə telefon danışığından imtina edib.
Gündəm24.az xəbər verir ki, bu hadisə fevral ayında Ağ Evdə Zelenski ilə Tramp arasındakı mübahisədən sonra baş verib.
Skandalın ardından görünür, Trampın ətrafı Ukrayna prezidentliyinə namizədlərlə əlaqə saxlamağa çalışıb.
Vens Zalujnı ilə ünsiyyət üçün “fərqli diplomatik və digər kanallardan” istifadə etmək istəsə də, səfir Zelenski ofisinin rəhbəri Andrey Yermak ilə məsləhətləşdikdən sonra zəngə cavab verməkdən imtina edib.
Bu epizod Zalujnının vəziyyətinin nə qədər mürəkkəb olduğunu göstərir. Bir tərəfdən o, hökumətinə loyal qalır, digər tərəfdən isə həm Ukraynada, həm də xaricdə bir çoxları onu öz siyasi kampaniyasını başlatmağa təşviq edir.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 24