Türkiyənin “Haber Global” telekanalında Rusiyanın Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı hücumla bağlı süjet yayımlanıb.
"Gündəmtv.az" xəbər verir ki, reportajda Səfərovlar ailəsinə Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının hücumu qanunsuz adlandırılıb, onlara qarşı qeyri-insani davranış qınanılıb.
Bildirilib ki, azərbaycanlılara qarşı hücum Rusiya hakimiyyətinin miqrantlara əsl münasibətini ortaya qoyub.