İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.
Gündəmtv.az-ın əldə etdiyi məlumata görə, onun bu il iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, Prezident İlham Əliyev bu günlərdə iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycanda keçiriləcək ECO Sammitinə dəvət edib.