Finlandiya bu gün ABŞ və Avropa hərbçiləri ilə birgə genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Gündəm24.az xəbər verir ki, təlimlər sentyabrın 12-dək davam edəcək və Rusiya sərhədlərinə çox yaxın ərazilərdə keçirilir.
Təlimlərdə təxminən 1,6 min hərbçi iştirak edəcək.
Manevrlər bütün ölkə ərazisində, quruda, dənizdə və havada həyata keçiriləcək.
Təlimlər NATO üzvlərinin birgə əməliyyat qabiliyyətinin gücləndirilməsi, habelə hərbi texnika və qüvvələrin koordinasiyasının yoxlanılması məqsədini daşıyır.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 39