Məşhur amerikalı aktyor və döyüş ustası Mark Dakaskos Rusiyaya səfər edib.
Gündəm24.az xəbər verir ki, o, şəhərə sevgisini açıq şəkildə ifadə edib.
“Moskvaya gəldiyim üçün çox şadam. Bu şəhəri sevirəm və burada olmaq mənim üçün böyük xoşbəxtlikdir”, – deyə aktyor bildirib.
Dakaskosun Rusiyaya gəlişinin əsas səbəbi Moskva Beynəlxalq Film Həftəsinə qatılmaqdır.
O, festival çərçivəsində keçiriləcək təqdimat və görüşlərdə iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, Moskva Beynəlxalq Film Həftəsi dünyanın müxtəlif ölkələrindən tanınmış sənət adamlarını bir araya gətirir. Bu il festivalda iştirak edəcəkləri bildirilən məşhurlar arasında amerikalı rejissor Vudi Allen və serb əsilli kinorejissor Emir Kusturitsa da var.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 24