• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Azərbaycan “Qızıl qapı”nı azad etdi – Türk politoloqdan sensasiya

Manşet / Siyasət

25-08-2025, 09:44



“ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı tarixi saziş Qafqaz, Mərkəzi Asiya və Çin kimi böyük iqtisadi güclərin gələcəyini dəyişdirəcək”.



gundemtv.az xəbər verir ki, bunu Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç globalinfo.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoymaq məqsədi daşıyan bu saziş əslində irihəcmli, qlobal ticarət və siyasi şəbəkənin formalaşmasında böyük rol oynayacaq:

“Azərbaycan Prezidenti birinci dərəcəli diplomatdır! O, diplomatiyanı şəxsən dizayn edir, vaxtını özü müəyyənləşdirir və real siyasəti həyata keçirir. Azərbaycan Xarici İşlər Nazirliyi, şübhəsiz, dünyanın bir sıra aparıcı diplomatlarının təmsil olunduğu bir qurumdur. Dünya siyasətini yaxşı təhlil edən bu şəxslər Azərbaycanın regional siyasətinin formalaşmasında mühüm rol oynayırlar”.

S.Karakılıç “Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə nəyi hədəfləyir” sualına cavab olaraq qeyd edib ki, dəhlizin açılması sadə bir siyasət deyil, strateji siyasi gediş və ideyadır:

“Azərbaycan 100 illik tarixi haqlarını əvvəlcə müharibə yolu ilə, indi isə dahiyanə diplomatiya yolu ilə bərpa etməyə və fərqi aradan qaldırmağa çalışır. Zəngəzur dəhlizi ilk növbədə Azərbaycanın quru ərazisini və Naxçıvanı siyasi cəhətdən birləşdirəcək. Bu, Azərbaycanın siyasi mərkəzi olan Bakının regional gücə çevrilməsinə imkan verəcək.

Zəngəzur dəhlizinin açılması üçün fövqəladə diplomatiya yürüdən Azərbaycan hər şeydən əvvəl Çindən Avropaya qeyri-adi ticarət yoluna liderlik etməkdədir. Bu sadəcə ticarət yolu olmamaqla Azərbaycanın regionda və Avropada imicini gücləndirəcək, iştirakçı dövlətlərlə daha asan danışıqlar aparmağa imkan verəcək.

Azərbaycan öz qazını və neftini ticarət diplomatiyası vasitəsilə ixrac edir. Danılmaz faktdır ki, bu diplomatiya Rusiya-Ukrayna müharibəsindən sonra avropalıları Azərbaycana yaxınlaşdırıb. Azərbaycan avropalılar üçün etibarlı tərəfdaşdır və bu çox mühüm nailiyyətdir”.

S.Karakılıçın sözlərinə görə, indi Zəngəzur dəhlizi ilə Azərbaycan bu etibarlı ticarət tərəfdaşlığını siyasi-strateji tərəfdaşlığa çevirir:

“Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında deyib ki, “Bizim ailəmiz türk dünyasıdır, başqa ailəmiz yoxdur”. Prezident İlham Əliyev dövlət siyasəti kimi formalaşdırdığı bu ideyanı həyata keçirməyə çalışır. Türkiyə ilə Azərbaycan arasındakı strateji əlaqələri bütün türk dünyasına götürməyə çalışan bir güc və siyasət var. Bu siyasətin memarı Prezident İlham Əliyevdir. Zəngəzur dəhlizi Türkiyəni, Azərbaycanı və türk dünyasını birləşdirən quru ərazisi kimi qəbul edilməməlidir. Dəhlizin ən mühüm üstünlüyü onun maddi cəhətdən çox, mənəvi cəhətdən türk xalqlarına aşılayacağı inam və dinamizmdir. “Biz birlikdə güclüyük və bizi birləşdirən bir yol və ya dəhliz deyil, ruhdur”, mesajını verir”.

S.Karakılıç deyib ki, məhz burada Türkiyə Qars-İğdır-Aralık-Dilucu sürətli dəmiryolu xəttinin təməl daşını qoydu:

“İstanbuldan Bakıya fasiləsiz nəqliyyat imkanı yaradacaq bu xətt sərhədləri aşaraq Türkiyə ilə Azərbaycanı, eləcə də Türk dünyasını birləşdirəcək. Türk dünyası üçün daha qısa, problemsiz və strateji nəqliyyat marşrutu təmin edəcək bu xətt Adriatik dənizindən Çin səddinə qədər bütün Türk dünyasını əhatə etməklə yanaşı, Pekindən Londona qədər ticarət və siyasi əlaqələri gücləndirəcək. Bu marşrutun Türkiyə və Azərbaycan xalqlarına yüklədiyi dərin məna və psixoloji üstünlük heç bir maddi güclə müqayisə oluna bilməz. Zəngəzur dəhlizi Türk dünyasının qızıl qapısıdır. İki strateji tərəfdaş olan Türkiyə və Azərbaycan Zəngəzur dəhlizi ilə təkcə regionu deyil, həm də gələcəyi formalaşdırır”.

Oxunub: 178
Paylaş:
Digər xəbərlər

Manşet

22-08-2025, 12:30

QHT Agentliyi qrant müsabiqəsi ELAN ETDİ

Manşet

21-08-2025, 09:50

Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq – sensasion iddia

Manşet

16-08-2025, 14:40

"Vaşinqton Bəyannaməsi ratifikasiya olunmalıdır" — Qüdrət Həsənquliyev

Manşet / Siyasət

16-08-2025, 08:45

“Rusiya Güney Qafqaza girəcək...” - SENSASİON İDDİA

Manşet / Cəmiyyət

15-08-2025, 11:11

QAİ-Sumqayıt nümayəndəliyində tədbir keçirilib. - FOTOLAR

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
25-12-2025, 15:30
Mnatsakanyan son söz çıxışını yekunlaşdırdı
Son xəbərlər
  • Dün, 11:00
    Eldar Əzizov yola salınır: yerinə o gətiriləcək
  • Dün, 07:00
    Bu bank kartları ilə bağlı xəbərdarlıq: qəfil bloklana bilər – Səbəb
  • Dün, 00:30
    “Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
  • 11-02-2026, 11:00
    İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanladı
  • 11-02-2026, 10:30
    Bu gündən yağıntılar kəsiləcək, temperatur yüksələcək
  • 10-02-2026, 22:30
    Pensiyanızın nə qədər artdığını bu cür hesablayın
  • 10-02-2026, 21:00
    Azərbaycan və ABŞ humanitar minatəmizlənmə sahəsində əməkdaşlığı artıracaq
  • 10-02-2026, 20:00
    Prezident İlham Əliyevə böyük təşəkkür düşür – Vens
  • 10-02-2026, 14:00
    Fəzail Ağamalı dəfn edildi
  • 10-02-2026, 09:30
    Fəzail Ağamalının vida və dəfn yeri bilindi
  • 9-02-2026, 14:30
    Bu icra başçısı vəzifəsindən azad edildi – Sərəncam
  • 9-02-2026, 13:30
    Azərbaycan-ABŞ əlaqələri uğurla inkişaf edir – İlham Əliyev
  • 9-02-2026, 13:30
    Sabah Bakıya qar yağacaq
  • 9-02-2026, 13:00
    Taksidə gedişhaqqı bahalaşdı – 10 faizlik artım
  • 9-02-2026, 11:30
    Belqorod atəş altında – kütləvi dron zərbəsi
  • 9-02-2026, 11:00
    Qəzaya düşən hərbçilərimizin son durumu
  • 9-02-2026, 06:00
    Kiyevdə qalmaqal: Zelenski niyə Putinlə masaya oturur?
  • 7-02-2026, 09:30
    İran razılaşmaya hazırdır, ABŞ isə tələsmir – Tramp
  • 7-02-2026, 08:00
    Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
  • 4-02-2026, 22:30
    Prezident mükafata görə belə təşəkkür etdi
  • 4-02-2026, 22:00
    Ərdoğan İlham Əliyevi təbrik etdi
  • 4-02-2026, 21:00
    Bu müəllimlər marker təlimlərinə cəlb ediləcəklər
  • 4-02-2026, 20:30
    İsrail ordusu Qəzza zərbəsində itkilərə görə təəssüfünü ifadə etdi
  • 4-02-2026, 15:00
    Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
  • 4-02-2026, 11:00
    Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
  • 2-02-2026, 22:30
    Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını bıçaqladı
  • 2-02-2026, 21:00
    Prezidentin gəlini Atletlər kəndində
  • 2-02-2026, 13:00
    Nazirlikdən müavinətlərlə bağlı xoş xəbər
  • 31-01-2026, 10:30
    Ərdoğan onu özünə baş müşavir təyin etdi
  • 31-01-2026, 09:00
    Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olundu
  • 30-01-2026, 14:30
    Beynəlxalq hüquq müzakirəsi: Trampın İran ritorikası tənqid hədəfində
  • 30-01-2026, 13:00
    Trampın sözləri gündəm yaratdı: Kiyev hücumları dayandı
  • 30-01-2026, 11:30
    “Ceyran” 21 yaşlı gəncin həyatına son qoydu
  • 30-01-2026, 10:00
    Balıq tutmaq istəyərkən faciəvi şəkildə öldü
  • 29-01-2026, 10:30
    Cərimənin məcburi qaydada tutulması qaydası dəyişir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə