• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Rəsmi Bakıdan İrəvana cavab: Rədd edirik!

Manşet / Siyasət

28-02-2025, 16:36


Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməni məhbuslarla və hərbi cinayətlərdə ittiham olunan şəxslərlə pis rəftar, o cümlədən, onların davam edən məhkəmə prosesi ilə bağlı əsassız iddiaların qeyd olunduğu 28 fevral 2025-ci il tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.

Gündəmtv.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməni məhbusların və müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesi ilə bağlı əsassız bəyanatına dair şərhində deyilir.

"Ermənistanın 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və saxlanılan digər erməni əsilli şəxslər ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər.

Cenevrə konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir.

Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər", - o qeyd edib.

XİN rəsmisi bildirib ki, təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb.

"Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə araşdırılıb və bu iddialar yalandır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin mütəmadi səfərləri, ailə üzvləri ilə telefon və video əlaqələri həyata keçirilib və sonuncu dəfə belə görüş fevral ayında təşkil olunub.

Yaxşı məlumdur ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra, Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər. Ermənistan XİN-ə onu da xatırlatmaq istərdik ki, Azərbaycan həmçinin 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərindən sonra 10 mindən çox qeyri-qanuni erməni silahlı qüvvələrinə silahı yerə qoymağa və Azərbaycan ərazilərini tərk etməyə icazə verməklə böyük jest edib.

Azərbaycandan fərqli olaraq, Ermənistan nə azərbaycanlı hərbi əsirlərə və həbs edilmiş mülki şəxslərə qarşı ləyaqəti alçaldan rəftar halları ilə bağlı heç bir araşdırma başladıb, nə də itkin düşmüş 4000 azərbaycanlının yeri barədə məlumatların verilməsində əməkdaşlıq edib. Şahidlərə və çoxsaylı faktlara əsasən, beynəlxalq humanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları kobud şəkildə pozularaq, bütün azərbaycanlı hərbi əsirlərə işgəncə verilib, onlar pis rəftara məruz qalıb, ləyaqəti alçaldan şəraitdə saxlanılıblar.

Görünən odur ki, Ermənistan tərəfindən belə bir bəyanatın verilməsi bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər narahat olduqlarını nümayiş etdirir. Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir.

Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.

Bu kritik dönəmdə, Azərbaycan tərəfi hərbi cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi də daxil olmaqla regionda sülh səylərinə xələl gətirən əsassız bəyanatlardan Ermənistan tərəfinin çəkinəcəyini gözləyir", - o qeyd edib.

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

26-01-2025, 14:02

Paşinyanın iddialarının heç bir əsası yoxdur - XİN

Manşet / Siyasət

11-12-2024, 23:08

Azərbaycan XİN ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatını rədd edib

Manşet / Siyasət

12-10-2024, 09:46

Arayikgilin “hərbi əsir” kimi qələmə verilməsinə - XİN-dən sərt cavab

Manşet / Siyasət

12-10-2024, 00:30

Azərbaycan XİN Niderlandı bölgədə sülhə qarşı olan birtərəfli mövqedən əl çəkməyə çağırıb

Manşet / Siyasət

1-10-2024, 23:42

XİN-dən ABŞ rəsmisinin bəyanatına REAKSİYA

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 10:15
    İranın atəşi nəticəsində İsraildə yaralananların sayı 16-ya çatıb - YENİLƏNİB
  • Bu gün, 10:07
    İran XİN: ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var
  • Bu gün, 10:01
    İsrail HHQ İrandakı hərbi hədəflərə yeni zərbələr endirib
  • Bu gün, 06:30
    BMT Baş katibi ABŞ-nin İrana zərbələrini “beynəlxalq sülh və təhlükəsizliyə təhdid” adlandırıb
  • Bu gün, 03:30
    Hüquq müdafiəçiləri İranda İsrailin hücumu nəticəsində 900-ə yaxın insanın öldüyünü deyir
  • Bu gün, 01:00
    İsrail ordusu İranda PUA anbarlarına və hərbi obyektə yeni zərbələr endirdiyini açıqlayıb
  • Dünən, 21:20
    XİN başçısı İrəvanla normallaşma prosesində çətinliklər barədə indoneziyalı naziri məlumatlandırıb – YENİLƏNİB
  • Dünən, 20:30
    İran Prezidenti atom enerjisi üzrə dialoqa hazır olduğunu bildirib
  • Dünən, 19:53
    DTX-nin əməliyyatı ilə saxlanılan Qaxın icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib
  • Dünən, 19:42
    Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı növbəti paylaşım edib
  • Dünən, 19:33
    Azərbaycan IMF ilə vergi sahəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib
  • Dünən, 19:12
    Vaxtilə işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma ilə bağlı yeni faktlar açıqlanıb - MƏHKƏMƏ
  • Dünən, 13:31
    Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
  • Dünən, 13:14
    İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
  • Dünən, 12:41
    İran rəsmisi: Raket çatışmazlığımız yoxdur, bu, sadəcə taktika dəyişikliyidir
  • Dünən, 12:34
    “Polis haqqında” qanuna təklif edilən dəyişiklik birinci oxunuşda qəbul olunub
  • Dünən, 12:20
    Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri birinci oxunuşda qəbul edib
  • Dünən, 11:55
    Ukraynanın Azərbaycandakı səfiri Şuşada Bülbülün ev-muzeyindən paylaşım edib
  • Dünən, 11:48
    Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 360 milyon dollarlıq layihələri maliyyələşdirir
  • Dünən, 11:30
    Diplomatlar Şuşada yaşayış kompleksində olublar
  • Dünən, 11:26
    MM ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddətinin dəyişdirilməsini təsdiq edib
  • Dünən, 11:24
    Çexiya səfiri: Qarabağda bərpa işlərinin miqyası heyranedicidir
  • Dünən, 11:22
    MM Azərbaycan və Şimali Makedoniya arasındakı viza haqqında sazişi ratifikasiya edib
  • Dünən, 11:13
    Fransa səfiri: Şuşada olmaqdan böyük sevinc hissi keçirirəm
  • Dünən, 11:10
    Parlament vərəsəlik şəhadətnaməsi üçün müraciət etməmiş şəxslərin hüquqlarına dair sənədi təsdiqləyib
  • Dünən, 11:00
    Azərbaycanda növbəti torpaq hərracları elan edilib
  • Dünən, 11:00
    Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclası başlayıb
  • Dünən, 09:40
    Azərbaycanın dəstəyi ilə Efiopiyada "ASAN xidmət" mərkəzi açılıb
  • Dünən, 07:30
    Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
  • Dünən, 02:30
    İsrail ordusu İrana növbəti hava zərbələri dalğasının başa çatdığını elan edib
  • Dünən, 01:40
    Azərbaycan Parisdə Beynəlxalq Çay Günündə təmsil olunub
  • 20-06-2025, 22:53
    Abbas Əraqçi: İsrailin hücumları davam etdikcə İran danışıqlar aparmayacaq
  • 20-06-2025, 22:34
    İranda güclü zəlzələ baş verib
  • 20-06-2025, 11:53
    İran XİN: İsrail zərbələr endirdiyi müddətdə danışıqlar aparmayacağıq
  • 20-06-2025, 11:35
    İran Qətəri ABŞ bazalarına zərbələr endirə biləcəyi barədə xəbərdar edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə