• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

“Mənzil bazarında 13-15 faiz bahalaşma gözlənilir”

Manşet / İqtisadiyyat

4-02-2025, 15:00


Mənzil bazarında qiymətlər fantastik həddə çatır. Ekspertlər burada qeyri-adi nəsə olmadığı qənaətindədirlər. Proqnozlar da ürəkaçan deyil, bahalaşma davam edəcək.

Gündəmtv.az xəbər verir ki, kaspi.az mövzu ilə bağlı araşdırma aparıb.

Bildirilib ki, mənzil bazarında qiymətlərin artımını statistik məlumatlar da təsdiqləyir.

Belə ki, 2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9 faiz artıb. Ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 11.3 faiz, təkrar mənzil bazarında isə 9.8 faiz artıb. Göründüyü kimi, qiymətlər sabitləşmir.

Bəs bahalaşma nə vaxt səngiyəcək? Daşınmaz əmlak bazarında qiymətlər bu il də artmaqda davam edəcəkmi?

“Ən yüksək qiymət artımı Nərimanov rayonundadır”

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Vüqar Orucun sözlərinə görə, qiymət artımı ilə bağlı onlarda olan rəqəmlər rəsmi statistikadan da yüksəkdir:

“Ötən ilin dekabr ayında Bakının mənzil bazarında köhnə mənzillərin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə orta hesabla 10,5 faiz, yenitikililərin qiyməti isə 12,3 faiz artıb. Ən yüksək qiymət artımı Nərimanov rayonunda qeydə alınıb. Burada köhnə binalarda qiymətlər 14, yenitikililərdə isə 16 faiz artıb. Səbail rayonunda köhnə binalar üzrə qiymətlər 13, yenitikililər üzrə isə 15,2 faiz artıb. Nəsimi rayonunda bu göstəricilər müvafiq olaraq 12,2 və 15,2 faiz, Nizami rayonunda 11,7 və 12 faiz, Yasamalda 11,1 və 12,8 faiz, Qaradağda 7 və 8 faiz, Sabunçuda 8 və 10 faiz, Suraxanı və Binəqədidə köhnə binalar üzrə qiymət artımı müvafiq olaraq 6,8 və 8,3 faiz, yenitikililər üzrə isə 9,5 və 9,6 faiz təşkil edib”.

Bahalaşmanı şərtləndirən səbəblər

Ekspert qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri tikinti materiallarına tələbatı artırır: “Əgər tikinti şirkətinə əvvəl bir kvadratmetr daha ucuz başa gəlirdisə, indi bu rəqəm 20-30 faiz yüksəlib. İşçi qüvvəsinin də qiyməti artır. Fəhlə və ustalar hər il 15-20 faiz daha artıq məbləğ tələb edirlər. Bu da gündəlik xərclərin artması ilə bağlıdır”.

V.Oruc bildirib ki, insanlar dayanıqlı biznes sahəsi kimi daşınmaz əmlakı görürlər. Bu, ilbəil qiymətini artıran və dəyərdən düşməyən investisiya növüdür: “Kirayə verərsə, daha artıq gəlir deməkdir. Nəzərə almalıyıq ki, Bakının Baş planına uyğun olaraq müəyyən binaların söküntüsü aparılır. Onların yerində yeni binalar inşa ediləcək. Mənzillər söküldükcə orada yaşayan sakinlər də daşınmaz əmlak bazarına yönəlirlər. Həmçinin MİDA kimi sosial layihələrin həyata keçirilməsi də daşınmaz əmlak bazarında dinamiklik və aktivliyin yaranmasına təsir göstərir”.

Özülü yeni qoyulan binalara da maraq artıb...

Ekspert bildirib ki, təkcə hazır mənzillərə deyil, hətta təməli yeni qoyulan əmlaklarda da qiymətlər yüksəlib: “Son vaxtlar alıcıların təməl mərhələsində olan binalardan mənzil almağa marağı artıb, bu isə qiymətlərə təsirsiz ötüşmür. Bəzən bu mərhələdə olan tikililər hətta yenitikili və təkrar yenitikililərdən daha yüksək qiymətə təklif olunur. Əvvəllər bu cür mənzillərə ehtiyatla yanaşan alıcılar son vaxtlar onlara daha çox maraq göstərməyə başlayıblar. Səbəblərdən biri də iqtisadi amillərdir. Ölkə iqtisadiyyatı böyüyür. Manatın alıcılıq qabiliyyətində müəyyən fərqlər yaranır. Nəticədə bunlar hamısı qiymətlərin artımı ilə nəticələnir”.

V.Orucun fikrincə, qarşıdakı dövrdə əmlak bazarında qiymətlər daha da arta bilər: “Hər il daşınmaz əmlak 10-17 faiz bahalaşır. Əgər ABŞ və İran münasibətləri gərginləşərsə, oradan soydaşlarımızın ölkəmizə kütləvi axını olarsa, bu da daşınmaz əmlak qiymətlərinin daha da yüksəlməsinə şərait yaradacaq. Bunu Rusiya-Ukrayna müharibəsinin ilk dövrlərində gördük. Qiymətlərin birdən-birə yüksəlməsini təşviq edən amillərdən biri də bu oldu”.

“Vergilər artıb, qaydalar sərtləşdirilib”

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun fikrincə, mənzil bazarında qiymət artımını yaradan səbəblərdən biri vergilərin artmasıdır: “Əvvəl sahibkar 10 min kvadratmetr satışa çıxarırdısa, hər kvadratmetrinə 67-130 manat vergi ödəyirdi. İndi belə deyil. Yeni məcəllə 2020-ci ilin noyabrından qüvvəyə minib. Bu tarixdən sonra icazəsi alınıb tikintisi başlayan tikililərdə sadələşmiş vergi əvəzinə 18 faiz əlavə dəyər vergisi, mənfəətdən isə 20 faiz tutulur. Belə olan halda 100 manat olan vergi yükü 400-500 manata qədər yüksəlir”.

Ekspertin sözlərinə görə, ikinci məsələ şəhərsalma qaydalarına əlavə olunmuş şərtlərin daha da ciddiləşməsidir: “Yeni tələblərə əsasən, alınan ərazinin yalnız 30 faizində inşaat aparmaq mümkündür. Əvvəl binalar çox yaxın tikilirdi. Bir hektarda 50-70 min kvadratmetrlik mənzil sahəsi istismara verilirdi. İndi bu göstərici maksimum 22 min kvadratmetrdir. Nəticədə təklif edilən mənzil sayı azalır. Həmçinin bloklarda mənzillərin sayı xeyli azaldılıb. Əvvəl bir blokda 10-12 mənzil olardısa, indi qapı sayına da nəzarət edilir”.

“Mənzillər o ölkələrdə ucuzlaşır ki...”

Ekspert qeyd edib ki, bu il də qiymətlər yüksələn istiqamətdə olacaq: “Qiymət artımının sadəcə mənzillərdə olmadığını nəzərə alsaq, bu prosesi normal qəbul etməliyik. Mənzillərin qiymətinin ucuzlaşmasını tələb edirik. Amma bu, səhv düşüncədir. Çünki o ölkələrdə mənzillərin qiyməti ucuzlaşır ki, orada iqtisadi gərginlik, böhranlar baş verir. İqtisadiyyatları inkişaf edən dövlətlərdə mənzillərin qiyməti ucuzlaşa bilməz. Bahalaşma bir müddət də davam edəcək. Bu il də bahalaşmaya hazır olmalıyıq. Ümumi iqtisadi göstəricilər yolunda gedərsə, heç bir hadisə baş verməzsə, il sonuna doğru daşınmaz əmlakın daha 13-15 faiz bahalaşacağı gözlənilir”.

Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

11-10-2024, 10:45

İpoteka artırıldı: Bakıda mənzillər BAHALAŞACAQ

Manşet / İqtisadiyyat

30-09-2024, 19:25

Bakıda mənzillər son 1 ildə 14 % bahalaşıb

Manşet / Cəmiyyət

24-06-2024, 15:40

Mənzil bazarında yeni canlanmanın səbəbi BİLİNDİ

Manşet / İqtisadiyyat

28-05-2024, 14:13

Bakıda bu mənzillərə tələb artdı, qiymət bahalaşdı

Manşet / İqtisadiyyat / Cəmiyyət

21-05-2024, 12:00

Bu tarixdən bazarda UCUZLAŞMA OLACAQ - Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 23:01
    Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
  • Dünən, 20:43
    XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
  • Dünən, 20:20
    Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
  • Dünən, 19:30
    Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb
  • Dünən, 18:10
    Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
  • Dünən, 14:31
    “Xankəndi” Biznes Mərkəzi rezident şirkətlər üçün müasir və rahat işgüzar mühit təklif edəcək
  • Dünən, 14:15
    Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
  • Dünən, 13:05
    Xankəndidəki tikiş fabriki Azərbaycan-Özbəkistan investisiya əməkdaşlığının bariz nümunəsidir
  • Dünən, 12:53
    Azərbaycan Keniyanın Gənclərin Liderlik və İnnovasiya Mərkəzinə maliyyə yardımı təqdim edib
  • Dünən, 12:40
    Doktoranturaya qəbul üzrə danışıq imtahanları keçirilib
  • Dünən, 11:31
    Ağdamın Xıdırlı kəndinə 6 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur
  • Dünən, 11:24
    Anar Bağırov: Vəkillər Kollegiyasına qəbul müntəzəm həyata keçirilir
  • Dünən, 10:10
    Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyasının mükafatına layiq görülüb
  • Dünən, 10:05
    Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan başlayıb - YENİLƏNİB
  • Dünən, 09:17
    Elçin Əmirbəyov: Ermənistanla normallaşma üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb
  • Dünən, 05:30
    Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
  • 5-07-2025, 18:20
    Ruanda səfiri: Azərbaycan müstəqillik illərində sülhə üstünlük verib və bu, nailiyyətlər qazandırıb
  • 5-07-2025, 17:17
    Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib
  • 5-07-2025, 17:12
    Azərbaycan pilotlarının yüksək peşəkarlıq sərgilədiyi “Anadolu Qartalı-2025” təlimindən
  • 5-07-2025, 10:22
    Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib
  • 5-07-2025, 10:13
    "Anadolu Qartalı-2025"də iştirak edən azərbaycanlı pilot: Məqsəd ölkələrin taktika və texnikalarını öyrənməkdir
  • 5-07-2025, 02:00
    Qərbi Azərbaycan Xronikası: Güllə səsləri eşidilirdi, camaat məcbur qalıb kəndi tərk etdi
  • 4-07-2025, 16:43
    Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir
  • 4-07-2025, 16:01
    Mahinur Özdemir Göktaş: Laçında keçirilən İƏT Qadınlar Forumu əhəmiyyətli regional dialoqun başlanğıcı olub
  • 4-07-2025, 16:00
    ECO-nun Baş katibi: Xankəndidə tarixi Zirvə görüşünün təşkilində yaxından iştiraka görə İlham Əliyevə təşəkkür edirik
  • 4-07-2025, 15:21
    Türkmənistanlı nazir: ECO enerji üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində böyük potensiala malikdir
  • 4-07-2025, 14:38
    Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"
  • 4-07-2025, 14:38
    Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
  • 4-07-2025, 14:12
    Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib – MƏHKƏMƏ
  • 4-07-2025, 13:40
    İlham Əliyev: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
  • 4-07-2025, 13:37
    Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
  • 4-07-2025, 12:22
    Rusiyanın Kiyevə hücumu nəticəsində azərbaycanlılara məxsus restoran yanıb - FOTOREPORTAJ
  • 4-07-2025, 12:17
    İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
  • 4-07-2025, 12:13
    TDT-nin Baş katibi ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndidədir
  • 4-07-2025, 12:07
    Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə