• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı hansı tələbləri əlavə edib? - VİDEO

Manşet / Siyasət

17-05-2024, 01:05



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Azərbaycanlıların Qərbi Azərbaycana böyük qayıdışına İrəvanda hazırlıq gedir” adlı süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin bu il mayın 1-də Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” adlı VI Ümumdünya Forumunda çıxışı zamanı bildirdiyi “Ermənistanla sülh danışıqları Azərbaycanın hazırladığı sənəd əsasında aparılır” fikrinə yer verilib.

Bildirilib ki, söhbət rəsmi Bakının 44 günlük müharibədən sonra İrəvana təqdim etdiyi beş bənddən ibarət olan sənəddən gedir.

Qeyd olunub ki, Ermənistanda yaşanan qarşıdurma fonunda Qərbi Azərbaycan məsələsinin daxili siyasətdə əsas mövzuya çevrildiyi bəllidir. Bölgədə baş verənlər, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu il mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçirilən görüşündə Bakı-İrəvan xəttində danışıqların yeni raundunun başlanması və gözləntilər fonunda Qərbi Azərbaycan məsələsinin önə çıxdığı reallığı da diqqətdən yayınmır.

Süjetdə sülh danışıqları ilə bağlı erməni saytlarında yayımlanan məqalələrdə diqqətçəkən iddialara da yer verilib:

“Nazirlər Almatıda görüşərkən, Azərbaycan Prezidenti İlham Əliyev Şuşada bəyan etdi ki, “Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir”. Ermənistan tərəfi bu barədə heç bir açıqlama vermədi. Əslində, Əliyev xarici işlər nazirini Almatıya göndərməklə açıq şəkildə nümayiş etdirdi ki, “danışıqlar” termini adlandırılan təmaslar birtərəfli prosesdir. Əliyev burada danışan, Paşinyan isə dinləyən və icra edən tərəfdir. Bu o deməkdir ki, Əliyevin tələbi ilə 300 mindən çox azərbaycanlı Qərbi Azərbaycana qaytarılacaq. Artıq Bakıda Qərbi Azərbaycanla bağlı konkret işlər həyata keçirilir. İcma və onun informasiya resursları fəaliyyət göstərir, ictimai sorğular keçirilir və sairə. Qərbi Azərbaycana qayıdacaq azərbaycanlıların ilk məskunlaşma bölgəsinin əsasən Ararat (Ağrı) vadisi (İrəvan düzənliyi) və Sevan sahil zonası (Göyçə gölünün sahilləri) olacağı haqqında fikirlər var. Yəni Əliyevin tələbi ilə həyata keçirilən delimitasiya-demarkasiyasından sonra Ermənistan rəhbərliyinin əsas vəzifəsi 300 min azərbaycanlı qaçqının qaytarılması olacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması gündəmdədir”.

Sonda vurğulanıb ki, azərbaycanlıların Qərbi Azərbaycana böyük qayıdışına təkcə Bakıda yox, İrəvanda da hazırlıq gedir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı süjetdə:
[media=]

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

15-05-2024, 18:00

Prezident Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Manşet / Siyasət

14-05-2024, 17:30

Prezidentin verdiyi mesajlar: Vaxtı çatıb, bunlar ləğv olunmalıdır

Siyasət

11-05-2024, 14:09

Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar

Siyasət

10-05-2024, 00:30

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Siyasət

6-05-2024, 16:51

Britaniyadan sonra Fransa səfiri də Rusiya XİN-ə çağırılıb - YENİLƏNİB

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 11:42
    Bu, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması üçün qanuni platforma rolunu oynayır - Deputat
  • Dünən, 11:07
    İnsanlar onları kameraya çəkməlidirlər, ifşa etməlidirlər - Milli Məclisdə vətəndaşlara çağırış
  • Dünən, 11:06
    İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edib - FOTO
  • 22-05-2025, 20:07
    Sakinlər üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran mtk-dan Şikayət
  • 22-05-2025, 18:32
    Son üç ildə artan rəqəmlər: Cəlilabadda sosial-iqtisadi inkişaf durmadan artır - ARAŞDIRMA
  • 22-05-2025, 13:30
    Maliyyə Nazirliyi: Azərbaycanda regional maliyyə idarələri yaradılıb
  • 22-05-2025, 13:28
    Bakıda məktəblərə işə qəbulla bağlı test imtahanının vaxtı açıqlanıb
  • 22-05-2025, 13:21
    Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2
  • 22-05-2025, 13:11
    Naxçıvanda kütləvi qida zəhərlənməsi olub
  • 22-05-2025, 12:43
    Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişaf istiqamətlərini müzakirə edib
  • 22-05-2025, 12:40
    Xocalının azyaşlı sakini: Burada xoşbəxt yaşayacağımıza inanıram
  • 22-05-2025, 10:43
    Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
  • 22-05-2025, 10:33
    Azərbaycan və OPEC Fondu birgə fəaliyyət imkanlarını müzakirə edib
  • 22-05-2025, 10:32
    İrəvan qazılığının fəaliyyəti bərpa edilir
  • 22-05-2025, 10:31
    Azərbaycan XİN İsrailə başsağlığı verib
  • 22-05-2025, 09:40
    Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan olunub
  • 22-05-2025, 09:30
    Avropa Şurası: Bakı və İrəvanla müntəzəm əlaqələr saxlayırıq
  • 22-05-2025, 09:22
    Xəzərdə zəlzələ olub
  • 22-05-2025, 09:00
    Naxçıvanda "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilib
  • 21-05-2025, 13:43
    Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib - YENİLƏNİB-3
  • 21-05-2025, 13:30
    Lavrov "3+3" formatında görüşün Ermənistan və Azərbaycanda keçirilməsini təklif edib - YENİLƏNİB
  • 21-05-2025, 13:22
    23 din xadimi ayinlərin icraçısı vəzifəsinə təyinat alıb
  • 21-05-2025, 13:21
    Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
  • 21-05-2025, 13:09
    Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB-2
  • 21-05-2025, 13:08
    Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
  • 21-05-2025, 13:02
    Azərbaycan Prezidenti: Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk
  • 21-05-2025, 13:01
    Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb
  • 21-05-2025, 12:57
    Mirzoyan: Azərbaycanla sülh sazişinin imzalanmasını real hesab edirəm
  • 21-05-2025, 12:51
    Prezident: Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur
  • 21-05-2025, 12:46
    İlham Əliyev: Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib
  • 21-05-2025, 12:45
    Şöbə müdiri: Qohum evlilikləri ilə bağlı qadağa nəticə verməsə, cəzalar daha da sərtləşdirilməlidir
  • 21-05-2025, 12:43
    Ermənistan və Rusiya 2025-2026-cı illər üçün XİN-lərarası məsləhətləşmələr planı imzalayıb
  • 21-05-2025, 11:22
    Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilir
  • 21-05-2025, 11:20
    Hicran Hüseynova: Zorakılıqdan zərər çəkmiş şəxslər dövlət hesabına hüquqi yardımla təmin edilib
  • 21-05-2025, 11:16
    İlham Əliyev: Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə