• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov Antalya Diplomatiya Forumunda çıxış edib

Manşet / Siyasət

14-04-2025, 16:03


Antalya Diplomatiya Forumunda “Parlament Diplomatiyası və Qlobal İdarəetmə” panelində Azərbaycan Respublikası Milli Məclisin üzvü, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərovun çıxışı

Hörmətli iştirakçılar,

Öncəliklə, məni bu önəmli tədbirə – Antalya Diplomatiya Forumuna dəvət etdiklərinə görə təşkilatçılara dərin təşəkkürümü bildirirəm. Bu platformada “Parlament Diplomatiyası və Kürəsəl İdarəetmə” mövzusunda müzakirələrə qoşulmaq mənim üçün böyük şərəfdir.

Bu format eyni zamanda bölgəmizdə haqq-ədalətə, insan hüquqlarına və barışa xidmət edən mühüm bir məsələni – Qərbi Azərbaycana qayıdış məsələsini təqdim etmək, onun beynəlxalq aləm üçün önəmini anlatmaq və bu sorunun çözümündə parlament diplomatiyasının potensialı barədə söz açmaq imkanı yaradır.

Hörmətli dinləyicilər,

Qərbi Azərbaycan İcmasının sədri olaraq, mən Ermənistandan zorla çıxarılmış yüz minlərlə azərbaycanlının səsini təmsil edirəm. Bizim doğma yurdlarımızdakı, yəni indiki Ermənistan ərazisindəki türk-müsəlman əhali 20-ci əsr ərzində bir neçə dəfə sistemli şəkildə etnik təmizləməyə məruz qalıb. 1987-1991-ci illərdəki sonuncu deportasiya dalğasında 300 mindən çox azərbaycanlı – Azərbaycan türkü öz ata-baba evlərindən qovulub. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bu, Ermənistanın irqi ayrı-seçkilik, radikal millətçilik və monoetnik cəmiyyət yaratmaq siyasətinin nəticəsidir. Qəbiristanlıqlarımız, məscidlərimiz, mədəni abidələrimiz məqsədyönlü şəkildə dağıdılıb, etnik təmizləmə nəticəsində adət-ənənələrimizə və sosial bağlarımıza ciddi şəkildə ziyan dəyib. Ermənistan bu ərazilərdə Azərbaycan irsinin vəziyyətini araşdırmaq üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir. Bu, təkcə xalqımıza deyil, bəşəriyyətin kültürəl dəyərlərinə və kültürəl müxtəlifliyinə vurulan böyük zərbədir.

Bu məsələnin uluslararası toplum üçün əhəmiyyətinə gəlincə, qeyd edim ki, Qərbi Azərbaycan problemi bölgəsəl çərçivədən kənara çıxır və insan hüquqları, ədalət və kürəsəl barış kimi ümumbəşəri dəyərləri əhatə edir. Qərbi azərbaycanlılar silahlı münaqişə və etnik təmizləmə nədəniylə anavətənlərindən didərgin düşüb.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsi hər kəsin öz ölkəsinə qayıtmaq hüququnu təsbit etsə də, Ermənistan buna əməl etmir, yüz minlərlə insanın hüququnu pozur.

Qərbi Azərbaycan İcması olaraq, biz 1989-cu ildən bəri haqq işimiz uğrunda mübarizə aparırıq. Xüsusilə 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin İcmamızı ziyarət edərək göstərdiyi diqqət və verdiyi tövsiyələr səylərimizi gücləndirib. 2023-cü ildə qəbul etdiyimiz Qayıdış Konsepsiyası ilə doğma torpaqlarımıza sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq istəyimizi uluslararası hüquq çərçivəsində ortaya qoymuşuq. Azərbaycan dövlətinin bu məsələdəki prinsipial dəstəyi bizim üçün böyük dayaqdır. Lakin bu məsələnin həlli təkcə Azərbaycanın üzərinə düşən yük deyil – bir insan hüquqları məsələsi kimi, bu, uluslararası toplumun birgə sorumluluğudur.

İndi isə parlament diplomatiyasının bu məsələdəki roluna toxunmaq istəyirəm. Parlamentlər xalqların səsini təmsil edir, xarici siyasəti istiqamətləndirir və dövlətlər arasında qarşılıqlı anlaşmanı təmin edir. Qərbi Azərbaycan məsələsində parlament diplomatiyası bir neçə mühüm istiqamətdə töhfə verə bilər.

Birincisi, parlamentlər uluslararası toplumun diqqətini bu problemin ədalətli həllinə cəlb edə bilər. Xarici dövlətlərin parlamentləri Qərbi azərbaycanlıların qayıdış hüququnu dəstəkləyən bəyanatlar qəbul edə, Ermənistanın etnik təmizləmə siyasətini pisləyə və bu hüququn təmin edilməsi üçün təzyiq mexanizmləri yarada bilər.

İkincisi, parlament diplomatiyası sülh və barışıq üçün zəmin yarada bilər. Xarici dövlətlərin parlamentləri Qərbi Azərbaycan İcmasının Ermənistan hökumətinə göndərdiyi dialoq təklifinə dəstək ifadə etməsi bu dialoqun baş tutmasına önəmli dərəcədə yardım edərdi.

Üçüncüsü, uluslararası təşkilatlar məsələ ilə məşğul olaraq, Qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması və praktiki həlli üçün daha geniş dəstək yarada bilər. Bu baxımdan, Asiya Parlament Assambleyasının və cəmi bir neçə gün öncə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Qərbi azərbaycanlıların qayıdış hüququna dəstək verməsi və Qərbi Azərbaycan İcmasının dialoq çağırışını təqdir etməsi mühüm hadisədir. Hesab edirəm ki, digər parlament assambleyaları da oxşar addımlar ataraq bu prosesə dəstək verə bilər.

Hörmətli qonaqlar,

Çıxışımın sonunda, Antalya Diplomatiya Forumunun parlament diplomatiyasını təşviq etməsini və Qərbi Azərbaycan məsələsinin gündəliyə gətirilməsi üçün yeni imkanlar yaratmasını alqışlayıram. Dünya parlamentlərini bizimlə həmrəy olmağa və qayıdış hüququmuzun təmin edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıram.

Sizə uğurlu müzakirələr və səmərəli nəticələr arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

14-04-2025, 18:45

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Antalya Diplomatiya Forumunda sualları cavanlandırıb

Manşet / Siyasət

12-04-2025, 21:54

Ceyhun Bayramov: "Antalya Diplomatiya Forumuna artan marağın şahidi olmaq sevindiricidir"

Manşet / Siyasət

5-12-2024, 09:10

Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” konfransı başlayıb

Manşet / Siyasət

21-10-2024, 17:23

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb

Manşet / Cəmiyyət

13-07-2024, 16:19

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri ilə görüş

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 13:10
    Bakıda “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib
  • Bu gün, 13:05
    Azərbaycanla Sloveniya "yaşıl enerji" əməkdaşlığını müzakirə edib
  • Bu gün, 13:01
    Azərbaycanla Səudiyyə Ərəbistanı müdafiə və hərbi sahədə əməkdaşlığı müzakirə edib
  • Bu gün, 11:47
    Milli Məclis “Polis haqqında” qanuna dəyişikliyi son oxunuşda qəbul edib
  • Bu gün, 11:44
    Prokurorluq işçilərinin qulluqda olma yaş həddinin artırılması son oxunuşda qəbul edilib
  • Bu gün, 11:44
    Parlament "Elektroenergetika haqqında” qanundakı dəyişikliyi qəbul edib
  • Bu gün, 11:00
    Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
  • Bu gün, 10:31
    "Millətlərin yoxa çıxması milli mətbəxin aşınmasından başlayır" – Tahir Əmiraslanov
  • Bu gün, 09:52
    Kirayə mənzil bazarında vəziyyət necədir?
  • Bu gün, 09:13
    Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur
  • Bu gün, 06:30
    Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər
  • Bu gün, 01:00
    Albalı və gilas BAHALAŞIB - Qiymətlər
  • Dünən, 14:00
    Kərkicahan sakini: İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır
  • Dünən, 10:40
    Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
  • 6-07-2025, 23:01
    Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
  • 6-07-2025, 20:43
    XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
  • 6-07-2025, 20:20
    Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
  • 6-07-2025, 19:30
    Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb
  • 6-07-2025, 18:10
    Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
  • 6-07-2025, 14:31
    “Xankəndi” Biznes Mərkəzi rezident şirkətlər üçün müasir və rahat işgüzar mühit təklif edəcək
  • 6-07-2025, 14:15
    Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
  • 6-07-2025, 13:05
    Xankəndidəki tikiş fabriki Azərbaycan-Özbəkistan investisiya əməkdaşlığının bariz nümunəsidir
  • 6-07-2025, 12:53
    Azərbaycan Keniyanın Gənclərin Liderlik və İnnovasiya Mərkəzinə maliyyə yardımı təqdim edib
  • 6-07-2025, 12:40
    Doktoranturaya qəbul üzrə danışıq imtahanları keçirilib
  • 6-07-2025, 11:31
    Ağdamın Xıdırlı kəndinə 6 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur
  • 6-07-2025, 11:24
    Anar Bağırov: Vəkillər Kollegiyasına qəbul müntəzəm həyata keçirilir
  • 6-07-2025, 10:10
    Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyasının mükafatına layiq görülüb
  • 6-07-2025, 10:05
    Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan başlayıb - YENİLƏNİB
  • 6-07-2025, 09:17
    Elçin Əmirbəyov: Ermənistanla normallaşma üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb
  • 6-07-2025, 05:30
    Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
  • 5-07-2025, 18:20
    Ruanda səfiri: Azərbaycan müstəqillik illərində sülhə üstünlük verib və bu, nailiyyətlər qazandırıb
  • 5-07-2025, 17:17
    Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib
  • 5-07-2025, 17:12
    Azərbaycan pilotlarının yüksək peşəkarlıq sərgilədiyi “Anadolu Qartalı-2025” təlimindən
  • 5-07-2025, 10:22
    Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib
  • 5-07-2025, 10:13
    "Anadolu Qartalı-2025"də iştirak edən azərbaycanlı pilot: Məqsəd ölkələrin taktika və texnikalarını öyrənməkdir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə