Gələn ildən Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məqsədli və müvəqqəti yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcək.
Gündəmtv.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı bu gün keçirilən brifinqdə deyib.
"Eyni zamanda, torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi ilə bağlı müraciətlər elektron qaydada "vahid pəncərə" prinsipi əsasında həyata keçiriləcək. Torpaq təyinatlarının dəyişdirilməsi ilə bağlı prosedurlar daha şəffaf və sadə olacaq", - R. Şahbazov bildirib.
Onun sözlərinə görə, Torpaq Məcəlləsinə edilən dəyişikliklər aqrar sektorda sahibkarlıq mühitinin daha da yaxşılaşmasına imkan yaradacaq: "Bu, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün daha geniş imkanlar açır. Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən başlanacaq".
Qeyd edək ki, Azərbaycanda sənədsiz evlərlər bağlı ən böyük problemlərdən biri həmin evlərin kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşməsidir.