• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

“Böyük Qayıdış”ın Xocalı mərhələsi - AÇIQLAMA

Manşet / Siyasət

30-05-2024, 12:01



“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması müasir tariximizin ən mühüm hadisəsidir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində torpaqlarımız erməni işğalından azad olundu. Ötən ilin sentyabrında isə Qarabağ erməni separatçılarından tam təmizləndi və oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda üçrəngli bayrağımızı ucaltmasını sonsuz iftixar və qürur hissi ilə izlədik. Bu torpaqlarda üçrəngli bayrağımızın dalğalanması tariximizin şanlı səhifəsidir”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, mayın 28-də - Müstəqillik Günündə Xoçalı şəhərinə ilk qayıdan sakinlərə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən evlərin açarlarının təqdim olunması, sakinlərlə səmimi görüş tarixi hadisədir: “Bu, o deməkdir ki, "Böyük Qayıdış"ın Xocalı mərhələsi başlayır. Məlumdur ki, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə burada azərbaycanlılara qarşı soyqırım törətdilər. Şəhər bir neçə saatın içində tamam məhv edildi, uşaqlara, qadınlara, qocalara belə aman verilmədi. Xocalı yarası hər bir azərbaycanlının qəlbini göynədir, qaysaq bağlamırdı. Prezident İlham Əliyev ötən il 15 oktyabrda Xocalıda da üçrəngli bayrağımızı ucaltdıqdan və mayın 28-də şəhərə qayıdışın başlanmasından sonra soyqırımı qurbanlarının, bütün şəhidlərimizin ruhları rahatdır. İlk dəfə olaraq bu soyqırımının 32-ci ildönümü məhz Xocalı şəhərində də anıldı. Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Xocalı şəhərində bərpa-quruculuq işlərinə start verildikdən cəmi bir neçə ay sonra keçmiş məcburi köçkünlərin qayıdışına start verildi. Doğma Xocalıya qayıdan Xocalı sakinlərinin sevincinin həddi-hüdudu yoxdur. Bütün xalqımız da bu hadisəyə sevinir. Çünki soyqırımına məruz qalmış Xocalıya 32 ildən sonra həyat qayıdır”.

Millət vəkilinin sözlərinə görə, insanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. “Xocalıya ilk köç edən sakinlərlə görüşü zamanı Prezident İlham Əliyevin dediyi kimi, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. “Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Xocalıda törətdiyi cinayətləri etiraf etməli və bizdən üzr istəməlidir. Eyni zamanda, bu hərbi cinayətini tanımalıdır.

Sevinc Fətəliyeva qeyd edib ki, müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılmasına start verilib. Bu il 20 min keçmiş köçkünün qayıdışı təmin olunmalıdır. “Artıq 28-29 may tarixlərində 44 ailənin Xocalı şəhərinə qayıdışı təmin olunub. Rəsmi məlumatlara əsasən, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Beləliklə, doğma Qarabağ torpağının əzəli sakinləri öz yurdlarına geri dönürlər. Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş bütün ərazilərimiz ən müasir səviyyədə yenidən qurulur. Bu torpaqlar dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”, - deyə millət vəkili vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət / Qarabağ

28-05-2024, 16:13

Prezident və birinci xanım Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - YENİLƏNDİ

Manşet / Siyasət / Qarabağ

28-05-2024, 14:30

İlham Əliyevlə birinci xanım Xocalıya köçən sakinlərlə görüşdü

Manşet / Cəmiyyət / Qarabağ

28-05-2024, 15:30

Prezident və xanımı Xocalı şəhərində - YENİLƏNİB

Manşet / Siyasət / Qarabağ

25-05-2024, 00:18

Deputat: "Biz heç kimdən ərazi istəmirik, amma özümüzünkünü də heç kimə verməyəcəyik"

Siyasət

10-05-2024, 00:30

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 23:01
    Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
  • Dünən, 20:43
    XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
  • Dünən, 20:20
    Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
  • Dünən, 19:30
    Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb
  • Dünən, 18:10
    Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
  • Dünən, 14:31
    “Xankəndi” Biznes Mərkəzi rezident şirkətlər üçün müasir və rahat işgüzar mühit təklif edəcək
  • Dünən, 14:15
    Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
  • Dünən, 13:05
    Xankəndidəki tikiş fabriki Azərbaycan-Özbəkistan investisiya əməkdaşlığının bariz nümunəsidir
  • Dünən, 12:53
    Azərbaycan Keniyanın Gənclərin Liderlik və İnnovasiya Mərkəzinə maliyyə yardımı təqdim edib
  • Dünən, 12:40
    Doktoranturaya qəbul üzrə danışıq imtahanları keçirilib
  • Dünən, 11:31
    Ağdamın Xıdırlı kəndinə 6 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur
  • Dünən, 11:24
    Anar Bağırov: Vəkillər Kollegiyasına qəbul müntəzəm həyata keçirilir
  • Dünən, 10:10
    Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyasının mükafatına layiq görülüb
  • Dünən, 10:05
    Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan başlayıb - YENİLƏNİB
  • Dünən, 09:17
    Elçin Əmirbəyov: Ermənistanla normallaşma üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb
  • Dünən, 05:30
    Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
  • 5-07-2025, 18:20
    Ruanda səfiri: Azərbaycan müstəqillik illərində sülhə üstünlük verib və bu, nailiyyətlər qazandırıb
  • 5-07-2025, 17:17
    Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib
  • 5-07-2025, 17:12
    Azərbaycan pilotlarının yüksək peşəkarlıq sərgilədiyi “Anadolu Qartalı-2025” təlimindən
  • 5-07-2025, 10:22
    Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib
  • 5-07-2025, 10:13
    "Anadolu Qartalı-2025"də iştirak edən azərbaycanlı pilot: Məqsəd ölkələrin taktika və texnikalarını öyrənməkdir
  • 5-07-2025, 02:00
    Qərbi Azərbaycan Xronikası: Güllə səsləri eşidilirdi, camaat məcbur qalıb kəndi tərk etdi
  • 4-07-2025, 16:43
    Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir
  • 4-07-2025, 16:01
    Mahinur Özdemir Göktaş: Laçında keçirilən İƏT Qadınlar Forumu əhəmiyyətli regional dialoqun başlanğıcı olub
  • 4-07-2025, 16:00
    ECO-nun Baş katibi: Xankəndidə tarixi Zirvə görüşünün təşkilində yaxından iştiraka görə İlham Əliyevə təşəkkür edirik
  • 4-07-2025, 15:21
    Türkmənistanlı nazir: ECO enerji üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində böyük potensiala malikdir
  • 4-07-2025, 14:38
    Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"
  • 4-07-2025, 14:38
    Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
  • 4-07-2025, 14:12
    Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib – MƏHKƏMƏ
  • 4-07-2025, 13:40
    İlham Əliyev: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
  • 4-07-2025, 13:37
    Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
  • 4-07-2025, 12:22
    Rusiyanın Kiyevə hücumu nəticəsində azərbaycanlılara məxsus restoran yanıb - FOTOREPORTAJ
  • 4-07-2025, 12:17
    İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
  • 4-07-2025, 12:13
    TDT-nin Baş katibi ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndidədir
  • 4-07-2025, 12:07
    Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə