• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Azərbaycanda hərbi xidmətə çağırış yaşı artırılacaq?

Manşet / Cəmiyyət

6-11-2024, 13:20


Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı müzakirələr - ekspertlər nə deyir?

"Məktəbə başlama yaşının 7-yə qaldırılması təhsildə uşaqların inkişafı və öyrənmə potensialları baxımından əhəmiyyətlidir".

Gündəmtv.az "Yeni Müsavat"-a istinadla bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edir ki, 7 yaşında məktəbə başlayan uşaqlar daha motivasiyalı və sinif lideri olmağa meyllidirlər: "Bu yaşda məktəbə başlama onların psixoloji hazırlığı və diqqət mərkəzində olmasına müsbət təsir göstərir. Uşaqlar daha inamlı şəkildə öyrənməyə hazır olur və məktəb həyatına uyğunlaşmada daha yüksək nəticələr göstərirlər.

Beləliklə, məktəbə başlama yaşının 7-yə qaldırılması, uşaqların həm akademik, həm də sosial-emosional baxımdan daha güclü olmalarına kömək edir. Əgər biz uşaqların təhsildə maksimum potensialını ortaya çıxarmaq istəyiriksə, onların təbii inkişaf mərhələlərini nəzərə almalıyıq".

Qeyd edək ki, bir çox ölkədə uşaqlar 7 yaşında məktəbə başlayır. Məsələn, Rusiyada uşaqların əksəriyyəti 7 yaşında məktəbə başlayır. Finlandiyada ibtidai təhsil 7 yaşdan başlayır və təhsil sistemi dünyada ən yüksək nəticələrdən birinə sahibdir. Norveçdə də uşaqlar 7 yaşında təhsilə başlayır.

Estoniya və Latviyada da məktəb yaşı 7-dir. Eləcə də Polşada uşaqlar 7 yaşda məktəbə getməyə başlayır.

Bu ölkələrdə məktəbə başlama yaşı bir çox səbəblə 7 olaraq seçilib, çünki uşaqların bu yaşda sosial və əqli inkişafı təhsil üçün daha uyğun hesab edilir.

Uşaqların 7 yaşında məktəbə başlaması, bəzi mütəxəssislərin fikrincə, daha faydalı ola bilər, çünki bu yaşda uşaqların sosial və əqli inkişafı təhsil prosesinə daha uyğun hesab edilir. Qeyd olunur ki, 7 yaşda uşaqlar adətən sosial münasibətlərdə daha yetkin və özünəinamlı olurlar. Bu yaşda sinifdə daha asan uyğunlaşır və qrupla işləməyi öyrənirlər.

Uşaqlar 7 yaşa yaxın daha çox diqqət göstərə və təlimatları izləyə bilirlər. Əqli inkişaf mərhələlərində bu yaşda daha yüksək səviyyəli düşünmə bacarıqları formalaşır ki, bu da oxuma-yazma və riyazi biliklərin mənimsənilməsində kömək edir.

7 yaşında uşaqlar stresə daha dözümlü olur və məktəbin intizam qaydalarına daha rahat alışırlar. Onlar üçün məktəb mühitinə uyğunlaşmaq daha asan ola bilər.

Kiçik yaşda uşaqlar üçün oyun əsas öyrənmə metodudur. Məktəbə daha gec başlamaq, onlara oyunlar vasitəsilə yaradıcılıq və təcrübə yolu ilə öyrənmək imkanı verir ki, bu da uzunmüddətli inkişaf üçün faydalıdır.

Mütəxəssislər qeyd edir ki, bu model hər uşağa uyğun olmaya bilər, çünki bəzi uşaqlar daha erkən yaşlarda məktəbə hazır ola bilər. Optimal məktəbə başlama yaşı, həmçinin valideynlərin, təhsilçilərin və mütəxəssislərin uşağın fərdi inkişafını və ehtiyaclarını nəzərə alaraq qərar verməsinə bağlıdır.

Bəs Azərbaycanda məktəb yaşı 7-yə qaldırıla bilərmi?

Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı "Yeni Müsavat"a açıqlamasında deyib ki, həmkarının fikirləri ilə razıdır: "Ümumiyyətlə, hər bir şəxsin fizioloji yetkinliyi onun doğulduğu, böyüdüyü ərazinin iqlim xüsusiyyətləri ilə bağlıdır. Sovet dövründə uşaqların həm fizioloji, həm də beyin cəhətdən yetkinliyi 7 yaş götürülüb. Hazırda Azərbaycanda ibtidai təhsil səviyyəsi 6 yaşdan başlayır. Bu yaşdan uşaqlara yazıb-oxumağı öyrədirlər ki, bu da nəticə etibarı ilə beyin yorulmasına gətirib çıxarır və şagirdlər artıq yuxarı siniflərdə uğur göstərə bilmirlər.

Mən də hesab edirəm ki, məktəb yaşı 7 yaşdan başlayarasa, daha doğru olar. Lakin məsələnin başqa bir tərəfi var, biz 12 illik təhsilə getmək istəyirik. Bu zaman bəzi məsələlər də həll olunmalıdır. Birinci növbədə biz müəyyən etməliyik ki, 12 illik təhsilə nə vaxt keçəcəyik? Məlum olduğu kimi, dünyada 220-dən çox ölkə varsa, bunun 190-ı artıq 12 illik təhsilə keçib. 12 illik təhsilə keçsək, onda ibtidai təhsil neçənci sinifdən, neçə yaşdan başlayacaq və neçənci sinifləri əhatə edəcək? Daha bir məsələ, əgər 12 illik təhsilə keçsək, onda əsgərlik yaşı da 20-yə qaldırılmalıdır. Qeyd edim ki, Finlandiya təhsil modeli uşaqlara erkən yaşlardan geniş dünya görüşü və həyat bacarıqları qazandırmaq üzərində qurulub. Bu modeldə təhsil yalnız akademik biliklər deyil, həm də sosial, emosional və problem həll etmə bacarıqları üzərində dayanır. Məsələn, ibtidai təhsilin ilk illərində dərslər daha çox oyun əsaslı və təcrübə yönümlüdür ki, uşaqlar öyrənməyi sevsinlər, maraqlarını kəşf etsinlər və özlərini rahat ifadə edə bilsinlər.

Azərbaycanda isə bir çox hallarda təhsilə daha akademik bir yanaşma üstünlük təşkil edir. Valideynlər və müəllimlər uşaqların erkən yaşdan yazıb-oxumağı bacarmasını ön planda tuturlar və bu, sanki təhsilin ən əsas göstəricisi kimi qiymətləndirilir. Halbuki uşaqların erkən yaşlarda inkişaf etdirilməsi lazım olan başqa bacarıqlar da var ki, bunlar onlara gələcək həyatlarında daha çox fayda gətirir. Yaradıcı düşünmə, sosial münasibətləri qurma, özünəinam və müstəqillik kimi bacarıqlar, əslində onların akademik uğurlarından daha vacib ola bilər. Qərb təhsil sistemləri, xüsusilə Finlandiya modeli, göstərir ki, təhsil yalnız bilik öyrətmək deyil, həm də uşağın şəxsiyyətini və düşüncə tərzini formalaşdırmaqdır. Bu yanaşma gələcək nəsillərin daha geniş baxışlı, məsuliyyətli və yaradıcı insanlar kimi yetişməsinə yardım edir".

Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

20-09-2024, 21:55

Kosmik sürətlə artan abortlar: 15-17 yaş arası qızların həyatı - Ekspert nə təklif edir?

Manşet / Cəmiyyət

18-09-2024, 16:28

Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

Manşet / Cəmiyyət / Elm və təhsil

24-08-2024, 10:00

“Bunu etsək, uşaqların canı repetitordan qurtulacaq” - Professordan sensasion təklif

Manşet / Cəmiyyət

22-06-2024, 00:30

Boyları qısalır, xəstə və kökdürlər - Uşaqlarla bağlı narahatedici HESABAT

Manşet / Cəmiyyət / Elm və təhsil

3-06-2024, 23:30

Azərbaycanda dərslər sentyabrın 1-dən BAŞLAYACAQ?

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 19:31
    Çıxarışı olmayan mənzillərlə bağlı vacib xəbər -VİDEO
  • Bu gün, 19:30
    Partlayışda tikili dağılıb, kinostudiyanın inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
  • Bu gün, 19:03
    Bölgələrdə taksilər niyə bahalaşdı?
  • Bu gün, 19:01
    Kinostudiyanın ərazisindəki partlayış sakinlərin başına oyun açdı -VİDEO
  • Bu gün, 17:20
    Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
  • Bu gün, 16:49
    "Azərbaycanfilm": Kinostudiya gündəlik fəaliyyətini davam etdirir
  • Bu gün, 15:15
    Ermənistanda arxiyepiskop Mikael Acapaxyanın həbsinə maneə törədilməsi ilə bağlı cinayət işi açılıb
  • Bu gün, 15:12
    Rusiya və İran arasında hava əlaqəsi bərpa edilib
  • Bu gün, 15:07
    Livanın Baş naziri İsraili ölkənin suverenliyini pozmaqda ittiham edib
  • Bu gün, 15:03
    Lukaşenko İranın nüvə obyektlərinə zərbələri beynəlxalq hüququn "təhlükəli pozuntusu" adlandırıb
  • Bu gün, 15:00
    Azərbaycanın enerji infrastrukturunun qurulmasında Çin şirkətlərinin iştirakı müzakirə edilib
  • Bu gün, 14:14
    Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
  • Bu gün, 14:06
    Ermənistan MTX vətəndaşları Acapaxyanın həbsinə mane olmamağa çağırıb
  • Bu gün, 12:23
    II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub - YENİLƏNİB-2
  • Bu gün, 12:11
    Sabah 37 dərəcə isti olacaq
  • Bu gün, 11:20
    İlham Əliyev Polşanın yeni səfirinin etimadnaməsini qəbul edib
  • Bu gün, 11:20
    Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib - YENİLƏNİB
  • Bu gün, 11:16
    Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
  • Bu gün, 11:08
    Prezident İlham Əliyev Cibuti Prezidentini təbrik edib
  • Bu gün, 00:13
    Mədəniyyət Nazirliyi: Partlayış kinostudiyanın ərazisindəki istifadə olunmayan anbarda baş verib
  • Bu gün, 00:03
    "Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-3 -VİDEO
  • Dünən, 16:51
    Ramin Məmmədov Berlindəki “Şəhidlik” məscidində olub
  • Dünən, 16:04
    Azərbaycan səfiri Parisdə İkinci dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlardan bəhs edib
  • Dünən, 15:24
    İranın ali lideri ABŞ-ni hədələyib
  • Dünən, 14:40
    Azərbaycan Çin şirkəti ilə külək enerjisi layihələrini müzakirə edib
  • Dünən, 14:20
    İranın ali lideri İsraillə münaqişədə qələbə münasibətilə İran xalqını təbrik edib - YENİLƏNİB
  • Dünən, 13:31
    Yaponiyalı diplomat, rusiyalı və qazaxıstanlı tələbələr İrandan Azərbaycan vasitəsilə təxliyə olunublar
  • Dünən, 13:20
    Polkovnik-leytenant: Xankəndidən vaxtilə dövlətimizi təhdid edənlər bu gün məhkəmə qarşısında cavab verirlər
  • Dünən, 13:02
    Türkiyəli ekspert: Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq
  • Dünən, 13:00
    Bərdədə iki qadın qidadan zəhərlənib
  • Dünən, 12:52
    Azərbaycan Çin şirkəti ilə anlaşma memorandumu imzalayıb
  • Dünən, 12:44
    Ramin Məmmədov Almaniyanın Dini Azadlıq üzrə komissarı ilə görüşüb
  • Dünən, 12:30
    “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsi layihəsi iyulun 1-də parlamentdə müzakirə ediləcək
  • Dünən, 12:20
    Nazir: “Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir” - YENİLƏNİB
  • Dünən, 12:16
    Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə