Prezident İlham Əliyev Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponin etimadnaməsini qəbul edib.
Gündəmtv.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Hacirinin etimadnaməsini də qəbul edib.
***
Prezident İlham Əliyev Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Akambi Andre Okunlola-Biaunun etimadnaməsini qəbul edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Danimarka Krallığının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun etimadnaməsini qəbul edib.