Bazar ertəsi Yer kürəsini güclü maqnit qasırğaları vuracaq.
"Gündəmtv.az" xəbər verir ki, bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata görə, bu proses bütün gün davam edəcək.
Sentyabrın 16-da güclü maqnit qasırğası ehtimalı 30%, sentyabrın 17-də 35% səviyyəsində qiymətləndirilir.
Maqnitosfer yalnız çərşənbə axşamı günortadan sonra yenidən sakitləşəcək.
Xatırladaq ki, sentyabrın 14-də günəşdə güclü partlayış baş verib.