• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Əli Kərimli və Teymur Mehdiyev oxşarlığı: Onları nə birləşdirir?

Manşet / Siyasət

9-12-2025, 14:30


Azərbaycan xalqına qarşı cəbhə partiyasının (AXCP) sədri Əli Kərimlinin yarımçıqlıq trayektoriyası yalnız Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin yarımçıqlığı ilə oxşarlıq təşkil edir.

Əli Kərimlinin Azərbaycan cəmiyyətinə yaxşı tanış olan xəyanətkar və dönük obrazını xatırlatmağa ehtiyac olmasa da, onun uşaqlıq və gəncliyindən indiyə qədər izləyən xarakterində və bioqrafiyasında əbədi həkk olunmuş Yarımçıqlıq kompleksini təqdim etməyi fikirləşdik.

Kərimlinin yarımçıqlığını bir neçə fakt-epizod üzərində ifadə etməyə çalışdıq.

Tələbəlik dövründəki yarımçıqlıq. Ə.Kərimli deyir ki, mən Birinci Qarabağ müharibəsi başlayanda təhsilimi yarımçıq qoyub cəbhəyə yollandım. Onun Qarabağa gedib vuruşması, səngərdə əlində silah tutması barədə konret fakt və məlumat yoxdur və cəbhədə hansı xarüqadələr yaratması, uğurlu əməliyyatlarda iştirakını etiraf edən cəbhə yoldaşına da rast gəlinmir. Onun cəmiyyət üçün olduqca həssas olan bu mövzuda xaltura etməsi və süni vətənpərvərlik görüntüsü yaratması əslində fərarilikdən heç nə ilə fərlənmir. Bu isə özlüyündə Kərimlinin saxtakarlığını əks etdirməklə bərabər, onun yarımçıqlıq kompleksini acıq – aşkar biruzə verir.

Yeri gəlmişkən, onun bu “qəhrəmanlığı” 1990-cı ilin 20 yanvar hadisələri vaxtı da ifşa olunub, hadisədən bir gün əvvəl “Leytenant Şmit” zavodunda yaradılan Müdafiə Komitəsinin üzvü olan Kərimli şəhərin giriş-çıxışında qurulan barrikadalara nəzarət etməli olsa da, tələbə yoldaşları onun aradan sivişib çıxmaq “fərasətinin” şahidi olublar. Yoldaşları onu 20 yanvar gecəsi yataqxanada da görməyiblər, 2 gündən sonra gizləndiyi yerdən çıxdıqdan sonra tapıblar.

Əli Kərimli nə əsgər kimi əsgər, nə də Vətənin dar günündə oğul kimi oğul ola bilməyib, üstəlik 1991-ci ildə bitirdiyi Bakı Dövlət Universitetində arzuladığı müəllimliyi də yarı yolda itirib. Bir müddət universitetdə hüquq üzrə müəllim işləsə də, bu layiqli peşənin öhdəsindən gələ bilməyərək layiqsiz şəkildə yarımçıq buraxıb. Bir neçə ay “Azadlıq” qəzetinin parlament müxbiri kimi çalışsa da jurnalist kimi özünü doğrulda bilmədiyindən bu peşəni də yarıda buraxmalı olub.

Təsadüfən onun başına şahlıq quşu qonub və 1 may 1993-cü ildə Əbülfəz Elçibəy tərəfindən Azərbaycan Respublikasının Dövlət katibi təyin edilib. 1993-cü il 4 iyun hadisələrindən sonra bu vəzifəni də yarımçıq buraxıb. Ulu öndər Heydər Əliyev onu həyat vərdişinə çevrilmiş yarımçıqlıq sindromundan qurtarmaq üçün tutduğu vəzifədə qalmasını istəmişdi, ancaq bioloji natarazlığı və şüurundakı kəsintilər yarımçıqlığa daha çox sədaqətli olduğunu təsdilədi.

Sədaqətsizlik. Böyüyünə, el ağsaqqalına, dövlət rəhbərinə hörmət xalqımızın çoxəsrlik milli adət-ənənələrindən, mənəvi-əxlaqi böyüklüyündən və genetikasından gələn bir tərbiyədir, mədəniyyət nümunəsidir. Xüsusən də cəmiyyətimiz ali təhsilə yiyələnmiş, savadlı insanlardan bu mənəvi keyfiyyətləri daha çox gözləyir. Ancaq sədaqətsizlik və böyüyə qarşı nankorluq, ədəbsizlik və tərbiyəsizlik, eləcə də dönüklük Əli Kərimlinin genetik yarımçıqlığının bir norması kimi diqqəti cəlb edir. Məsələn, öyünərək deyir ki, Heydər Əliyev Milli Məclisə gələndə hamı ayağa dursa da, mən qalxmırdım. O, bunu cəsarətlilik kimi təqdim etməyə çalışsa da, anlamır ki, siyasi əxlaq baxımından bu, cəmiyyət tərəfindən mədəniyyətsizlik və tərbiyəsizlik kimi qarşılanır. Bu, dövlət katibi vəzifəsində cəmi 1,5 ay işləmiş bir şəxsin dövlət tərbiyəsini mənimsəyə bilməməsinin təzahürüdür. Elə çox güman ki, BDU-nun auditoriyasında bu cür nalayiq davranışına görə, onun müəllim kimi çalışmasını məqsəduyğun hesab etməyiblər.

Vaxtilə ağsaqqalı və rəhbəri olmuş, siyasi karyerasında ona heç vaxt ağlına gətirmədiyi yolu açmış Elçibəyə qarşı davranışlarında da ədəbsizliyi aydın şəkildə özünü büruzə verirdi. Dövlət katibi işlədiyi dövrdə Kərimli Elçibəyə qarşı elə bir mənəviyyatsızlıq mühiti formalaşdırmışdı ki, hakimiyyətdəki bəzi şəxslər Prezidentə nifrətəbənzər müraciətlər edir, sanki ələ salmağa çalışırdılar. Rusiyada səfir vəzifəsində çalışan Hikmət Hacızadənin Əbülfəz Elçibəyə yazdığı hesabat xarakterli sənədi katibəsinə diqtə edərkən işlətdiyi qeyri-etik ifadələr olduğu kimi də hesabatda əks olunmuşdu. Elçibəy Kələkidə olduğu zaman “Azadlıq” qəzetində onun müsahibəsini uyğunsuz bir şəkillə ən son səhifədə yerləşdirilməsi də Kərimlinin məqsədli şəkildə eks-Prezidenti ələ salmaq tərbiyəsindən irəli gəlirdi.

AXCP “Sədri”. Əli Kərimli Partiya Sədri kimi yarımçıq Sədr obrazı ilə tanınır. Onun sayəsində AXCP cəmiyyətin yaddaşında yarımçıq partiya kimi iz buraxıb.

İllər ötdükcə AXCP daxilində baş verən qarşıdurmalar təşkilatın “islahatçılar” və “klassiklər”ə bölünməsinə səbəb olub, 2000-ci ildə Əbülfəz Elçibəyin vəfatından sonra bu proses daha açıq müstəviyə keçməklə, BAXCP, KXCP, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azad Demokratlar Birliyi Partiyası, Aydınlar Partiyası, Azadlıq Partiyası və s. təşkilatlara bölünüb. Bir sözlə, Əli Kərimli yarılaraq darmadağın olan partiyasında əqidəsi və tərbiyəsi yerində olmadığından özü kimi yarımçıq və natamam tör-töküntülərini ətrafına cəmləyib.

Yarımçıq hüquqşünas. Kərimli ixtisasca hüquqşünas olsa da, onun bu şərəfli peşədə də adına şərəf gətirə biləcək heç bir uğuru olmayıb. Əksinə o, əsas qayəsi haqq-ədalət olan hüquq sisteminə də xəyanət edərək dəqiqlik, əsaslı sübut və dəlilllərə əsaslanan hüquqçuluğun prinsiplərinə qarşı çıxıb. Fakt və sübutları, rəsmi məlumatları təkzib etmək ali hüquq normalarını danmaqla bərabər, saxtakarlıq deməkdir. Kərimlinin bu saxtakarlığına da diqqət edək. 2020-ci ilin iyulunda baş vermiş Tovuz hadisələri zamanı meyitlərini döyüş əməliyyatları gedən ərazilərdə qoyub qaçan və yüzlərlə yaralısını köməksiz buraxan Ermənistan Ordusunun çarəsiz durumunu Ermənistan Müdafiə Nazirliyi öz məlumatlarında təsdiqləsə də, Kərimli bunlara inanmadığını, Azərbaycan Müdafiə Nazirliyinin ermənilərin itkiləri barədə açıqladığı rəqəmləri şişirtmə adlandırırdı. Həmin hadisələr zamanı digər açıqlamasında “Biz bir qarış torpaq almadan şəhid vermişik” deməklə neçə-neçə şəhidimizə həqarət edir, general Polad Həşimovun ruhuna qarşı xəyanətkarlığını göstərirdi. Eləcə də Naxçıvanda Cünnüt əməliyyatını Azərbaycan Ordusunun uğurlu əməliyyatı kimi dəyərləndirə bilmədiyindən iddia edirdi ki, ordumuz boş və nəzarətsiz torpaqları tutub. Bu, öz Milli Ordusuna qarşı çıxmaq, milli xəyanət və Ermənistan Müdafiə Nazirliyinin təşviqatına növbəti dəstək idi.

44 günlük Vətən müharibəsi zamanı Sevinc Osmanqızının yayımına çıxan Əli Kərimli Azərbaycan Müdafiə Nazirliyini “təkzib” edərək yenə də erməni propaqandasının tez-tez xatırlatdığı fikrə istinadən “Azərbaycan Ordusunun şəhid sayı 4 mindən daha çoxdur” deməklə bir daha öz dövlətindən və ordusundan çox erməni mənbələrinə inandığını təsdiqləyir.

Ə.Kərimli utanmadan Türkiyə və Pakistan Silahlı Qüvvələrinin komando birliklərinə məxsus şəklin montaj olunmuş formasını Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə aid olan şəkil kimi təqdim edərək insanları qıcıqlandırmaq kimi ucuz vasitəyə əl atırdı.

Bir vaxtlar “Rusiya sülhməramlıları Azərbaycandan çıxmayacaq”və “Azərbaycan dövləti separatçıları öz ərazisindən çıxarmaq gücündə deyil” kimi iddiaları irəli sürən Əli Kərimli fakt qarşısında qaldıqdan – yəni həm separatizm aradan qaldırıldıqdan, həm də sülhməramlıların çıxarılması barədə qərar qəbul və icra edildikdən sonra dövlətin və iqtidarın ünvanına “özlərini elə aparırlar ki, guya böyük bir iş görüblər” deyirdi. Azərbaycan hakimiyyətinin uğurlu siyasəti – hərbi-strateji və diplomatik kursu sayəsində ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa olunması Əli Kərimlinin öz natamamlıq sindromundan irəli gələn “yarımçıq proqnoz”larını da alt-üst etdi.

Vaxtilə Azərbaycan əsgərini aşağılamaqdan çəkinməyən, “Azərbaycan ordusu Qarabağı almaq gücündə deyil” kimi sifarişli “şüarlar” səsləndirən, müharibə dövründə isə bir şəhidin dəfnində belə iştirak etməyən, bir qazi ilə görüşməyən Əli Kərimli ancaq Rusiya mövzusundan ağızdolusu danışırdı.
Azərbaycan dövləti öz torpaqlarını işağldan azad etdikdən və ərazi bütövlüyünü təmin etdikdən sonra Ali Baş Komandan İlham Əliyevin qalib Sərkərdəliyinə qıcqanclıqla yanaşan və o vaxt hələ Xankəndi alınmadığına görə, Prezidenti yarımçıq təbrik edən Kərimli özünün yarımçıqlığını burada da göstərirdi.

Vaxtilə “Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi olmamalıdır” deyən yarımçıq təxəyyülün sahibi ötənilki müsahibələrindən birində “Rusiyanın Cənubi Qafqazda mövcudluğu vacibdir”, yaxud “Rusiya regionda öz mövqeyini bərpa etmək üçün heç şübhəsiz ki, Cənubi Qafqazda üzləşdiyi bu uğursuzluqla barışmayacaq və bölgə dövlətləri üzərində öz nəzarətini bərpa etmək üçün təzyiq göstərməyin yeni yollarını axtaracaq” fikirləri ilə Kremlə yarınırdı.

Almaniyanın “Frankfurter Rundschau” qəzetinə müsahibədə Əli Kərimli jurnalistin “Yekaterinburqda (Rusiya) baş verən kütləvi və amansız həbslər zamanı iki azərbaycanlının öldürülməsindən sonra İlham Əliyev Vladimir Putinlə qarşıdurma yolunu seçdi. Siz bu məsələdə Əliyevi dəstəkləyirsinizmi” sualına cavabında Kərimli “Əliyev rejiminin dəstək verəcəyim heç bir yanı yoxdur” deməklə əslində hansı səmtdə olduğunu təsdiqləyirdi.

Bu, onun üçün vəzifə, hakimiyyət naminə istənilən qüvvə ilə əməkdaşlıq etmək ümummilli dəyərlərdən, dövlət maraqlarından daha üstün olduğunu göstərir. Ancaq Kərimlinin Moskvaya bu cür bağlılığı da yarımçıq olduğundan Kreml onu yarı yolda buraxdı.

Tarixin ironiyasıdır ki, yarımçıqlıq kompleksi Əli Kərimli haqqında məhkəmənin verdiyi həbs-qəti imkan tədbiri barədə qərarında da özünü göstərib, adətən məhkəmələr 2 və ya 3 aylıq həbs-imkan tədbiri seçir. Kərimli barəsində bu qərarın müddətinin 2,5 ay olması da yarımçıqlıq xronologiyasının daha bir epizodudur.

Yeri gəlmişkən, Əli Kərimlinin yarımçıqlıq trayektoriyası yalnız Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin yarımçıqlığı ilə oxşarlıq təşkil edir. T. Mehdiyev də Əli Kərimli kimi müxtəlif sahə və strukturlarda sona qədər işləyə bilməyib və hər bir sahədən yarımçıq ayrılmaqla dövlətin mühüm vəzifələrində natamamlıq kompleksi yaradıb.

“Yeni Azərbaycan”

Oxunub: 245
Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

6-12-2025, 06:30

Əli Kərimlinin yeni mesajları yayıldı – Mətbuat Xidmətindən açıqlama

Manşet / Siyasət

6-12-2025, 08:30

Mehdiyevin “Dövlət Şurası” – 50-dən 4-ü, bəs digərləri…

Manşet

27-10-2025, 11:54

Parlamentdə "Mehdiyev şəbəkəsi"... - Milli Məclis buraxılacaq?

Manşet / Siyasət

27-08-2025, 10:11

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: Ölkə başçısından mühüm mesajlar(CANLI)

Manşet

22-08-2025, 12:30

QHT Agentliyi qrant müsabiqəsi ELAN ETDİ

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
25-12-2025, 15:30
Mnatsakanyan son söz çıxışını yekunlaşdırdı
23-12-2025, 15:30
10 yaşlı Nərminin qətli: İlkinlə bağlı qərar verildi
4-12-2025, 23:13
Xankəndidə təxribat planlaşdıran Karenin məhkəməsinin vaxtı…
Son xəbərlər
  • Dün, 10:30
    Ərdoğan onu özünə baş müşavir təyin etdi
  • Dün, 09:00
    Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olundu
  • 30-01-2026, 14:30
    Beynəlxalq hüquq müzakirəsi: Trampın İran ritorikası tənqid hədəfində
  • 30-01-2026, 13:00
    Trampın sözləri gündəm yaratdı: Kiyev hücumları dayandı
  • 30-01-2026, 11:30
    “Ceyran” 21 yaşlı gəncin həyatına son qoydu
  • 30-01-2026, 10:00
    Balıq tutmaq istəyərkən faciəvi şəkildə öldü
  • 29-01-2026, 10:30
    Cərimənin məcburi qaydada tutulması qaydası dəyişir
  • 23-01-2026, 17:00
    Səhhəti pisləşən məktəbli maşında öldü
  • 23-01-2026, 15:30
    Davos danışıqları Moskvaya köçdü, Slovakiya etiraz edir
  • 23-01-2026, 15:00
    Xarkovda hərbi uğur: Rusiya Siminovkada nəzarəti ələ aldı
  • 23-01-2026, 13:00
    Sabah hava yağmursuz olacaq
  • 23-01-2026, 11:30
    Tolikin halı pisləşdi, xəstəxanaya aparıldı
  • 23-01-2026, 10:30
    Prezident məsələ qaldırdı: deputatlar toplanır
  • 23-01-2026, 07:30
    Arzu Əliyevanın doğum günüdür
  • 22-01-2026, 11:00
    Əliyev və Paşinyan bu ölkədə görüşə bilər
  • 22-01-2026, 10:00
    Prezident “Qarabağ”ı təbrik etdi: “Hakimin ədalətsiz qərarı…”
  • 21-01-2026, 12:00
    Qlobal xəritədə hələ də qan tökülür – Prezident
  • 21-01-2026, 11:30
    ABŞ ordusunun Karib əməliyyatı: Sagitta tankerinin ələ keçirilməsi gündəmdə
  • 21-01-2026, 10:30
    Qarlı havaya görə 15 nəfər xəsarət alıb – Rəsmi
  • 21-01-2026, 10:00
    Bakı yolları qardan təmizlənir
  • 20-01-2026, 22:30
    Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düçar oldu – Prezident
  • 20-01-2026, 21:30
    “Sülh üçün öhdəlik götürülərsə, qısa zaman kəsiyində iki ölkə sülhə nail ola bilir” – Prezident
  • 20-01-2026, 00:30
    20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq və həmrəylik simvolu, unudulmaz milli yaddaşımız
  • 19-01-2026, 13:30
    Prezident və xanımı İsveçrəyə getdi
  • 19-01-2026, 12:00
    Bakıya bu tarixdə qar yağacaq: 3 dərəcə şaxta… – Xəbərdarlıq
  • 19-01-2026, 10:30
    Sabah bu küçələr bağlanacaq – Siyahı
  • 19-01-2026, 08:30
    Şuşaya güclü qar yağdı
  • 19-01-2026, 07:00
    Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
  • 17-01-2026, 21:00
    Xaçatryan və üç erməni məhbus buna görə qaytarılıb – Saakyan
  • 17-01-2026, 14:00
    Bu gündən iki marşrutda gedişhaqqı bahalaşdı
  • 17-01-2026, 13:30
    Ərdoğan: Onlayn mərc və qumar oyunlarına qarşı strategiya uğurla icra olunur
  • 17-01-2026, 12:30
    Minimum əməkhaqqı anlayışı dəyişdirildi – Qanun
  • 17-01-2026, 12:00
    Növbəti iki gündə külək güclənəcək – Xəbərdarlıq
  • 16-01-2026, 12:30
    Bu şəxslər metroda əlavə pul ödəyəcək
  • 16-01-2026, 11:30
    İcra nümayəndəsi Hacıbala Abutalıbovun rayona köçdüyünü TƏSDİQLƏDİ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə