• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Mehdiyevin “Dövlət Şurası” – 50-dən 4-ü, bəs digərləri…

Manşet / Siyasət

6-12-2025, 08:30


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişi planı ilə bağlı Rusiyanın müəyyən dairələrinə göndərdiyi məktub həbslərin davamını qaçılmaz edir.

Gündəmtv.az xəbər verir ki, məktubda qeyd olunur ki, yaradılması nəzərdə tutulan “Dövlət Şurası” 50 nəfərdən ibarət olmalı və bu üzvlər təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən seçilməlidir. Hazırda bu iş üzrə üç nəfər – AMEA Prezidenti katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışmış Eldar Əmirov, AXCP sədri Əli Kərimli və partiyanın funksioneri Məmməd İbrahim saxlanılıb. Onlar barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib. R.Mehdiyev isə 4 ay müddətinə ev dustaqlığına cəlb edilib.

Bu o deməkdir ki, bu iş üzrə istintaqa “Dövlət Şurası”nın yerdə qalan üzvləri (46 nəfər) də cəlb oluna bilər. Eyni zamanda, sabiq deputat Gültəkin Hacıbəylinin bu iş üzrə Türkiyədən gətirilərək dindirilməsi gözlənilir.

Mehdiyevin siyahısındakı digər şəxslərin ifşası, “Dövlət Şurası”nın üzvlərinin üzə çıxarılması mümkündürmü?

Keçmiş millət vəkili, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a açıqlamasında baş verənlərin Azərbaycan dövlətçiliyi üçün təhlükələrindən söz açdı: “Həbs olunan şəxslərin ittiham olunduğu cinayət əməlləri barədə rəsmi məlumat verilmədiyindən mediada gedən məlumatlar əsasında ümumi mühakimələr yürütmək olar. Həmin məlumatların mahiyyəti bundan ibarətdir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev müxalifətin radikal kəsimi AXCP və Milli Şura ilə işbirliyinə gedərək dövlət hakimiyyətini zorla ələ keçirmək, dövləti idarə etmək üçün 50 nəfərdən ibarət tərkibdə ”Dövlət Şurası” adlanan qurum yaratmaq niyyətində olub və bu barədə Rusiya hakimiyyət dairələrinə məktubla müraciət edib. Həmin məktubun ilkin variantı AXCP sədri Əli Kərimlinin evindən tapılıb. Məktubun mediada gedən variantında onun kim tərəfindən imzalandığı və hara ünvanlandığı göstərilməyib.

Azərbaycanın hüquq-mühafizə orqanları bu məlumatları Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər kimi qiymətləndirərək cinayət işi başlayıb, həbslər həyata keçiriblər.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiya hakimiyyət dairələri ilə yaxın münasibətləri, Azərbaycanda Rusiyanın “5-ci kolon”unun rəhbəri olması xəbəri yeni deyil və hamıya məlumdur. Bu məsələdə yeni məlumatlar müxalifətin bir hissəsinin Ramiz Mehdiyevlə və Rusiya hakimiyyəti ilə münasibətlərinin yaranmasıdır. Mediada bu münasibətlərin yaranması 2013-cü ildə prezident seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı”nın və seçki koalisiyası kimi Milli Şuranın yaranması ilə əlaqələndirilir. “Milyarderlər İttifaqı”nın Rusiya hakimiyyətinə yaxın adamlardan ibarət olması onu deməyə əsas verir ki, bu qurum prezident seçkilərinə Rusiyanın mümkün təsir imkanlarının genişləndirilməsi məqsədilə yaradılmışdı.

Azərbaycan müxalifətinin bir hissəsinin Ramiz Mehdiyevlə və Rusiya hakimiyyəti ilə əlaqələrinin və işbirliyinin yaranması faktiki baş veribsə, bu, dövlətçiliyimiz və milli təhlükəsizliyimiz üçün təhlükəli amil kimi qiymətləndirilməlidir. Rusiya hakimiyyətinin bundan istifadə edərək Azərbaycanda mümkün təsir imkanlarını genişləndirməyə cəhdlər göstərməsi şübhə doğurmamalıdır. Bu baxımdan Ramiz Mehdiyevin dövlət çevrilişi ilə bağlı məsələ daha geniş kontekstdə Rusiyanın planları kimi nəzərdən keçirilə bilər.

Həbs olunan şəxslərin ittiham olunduğu maddə bir tərəfdən hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərin qəsdən törədilməsi kimi əməlləri nəzərdə tutur. Özü də bu hərəkətlər zorakılıqla müşaiyət olunmalıdır. Yəni zorakılığın həm fiziki, həm də psixoloji formaları tətbiq oluna bilər”.

Q.Əlibəyli həbslər dalğasının davamlı olacağını proqnozlaşdırır: “Mahiyyət etibarilə dövlət çevrilişinin məzmununu təşkil edən zorakı hərəkətlər bir neçə nəfər tərəfindən planlaşdırıla bilər. Lakin onların həyata keçirilməsi çoxsaylı subyektlərin iştirakı ilə mümkündür. Özü də bu subyektlər təkcə ”Dövlət Şurası” adlı qurumun üzvlərindən ibarət olmaya bilər. Mövcud hakimiyyət strukturlarında vəzifə tutan şəxslər də bu prosesə cəlb oluna bilər. Ona görə də növbəti həbslər dalğasının olacağı ehtimalı böyükdür”.

Oxunub: 249
Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

4-12-2025, 18:57

Parlamentdə təmizləmə işləri aparılacaq, bu deputatlar cəzalanacaq – DETALLAR

Manşet

27-10-2025, 11:54

Parlamentdə "Mehdiyev şəbəkəsi"... - Milli Məclis buraxılacaq?

Manşet / Cəmiyyət

11-09-2025, 19:00

Yağa tələbatın “ağı”nı necə çıxarıblar?

Manşet / Siyasət

27-08-2025, 10:11

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: Ölkə başçısından mühüm mesajlar(CANLI)

Manşet

22-08-2025, 12:30

QHT Agentliyi qrant müsabiqəsi ELAN ETDİ

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
23-02-2026, 14:00
Bakıda ana oğlunun qatilini bağışladı
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
Son xəbərlər
  • 28-02-2026, 22:30
    İranla sərhədə avtobuslar cəlb edildi: vətəndaşların təxliyəsi həyata keçirilir
  • 28-02-2026, 14:30
    İranın müdafiə naziri ÖLDÜRÜLDÜ
  • 28-02-2026, 12:00
    İrana hücum edilir: XİN-dən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ
  • 28-02-2026, 10:00
    54 yaşlı deputatdan gözlənilməz addım
  • 28-02-2026, 09:30
    Martda bayram bayrama qarışacaq: 16 gün evdə olacağıq
  • 27-02-2026, 17:30
    Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir – Sərəncam
  • 27-02-2026, 09:00
    Pensiyalarla bağlı mühüm təklif
  • 25-02-2026, 09:30
    Moskvada Leyla Əliyeva adından iftar verildi
  • 24-02-2026, 16:00
    Şok iddia – məşhur mesajlaşma platformasının rəhbərinə ağır ittiham
  • 24-02-2026, 14:00
    Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
  • 24-02-2026, 12:00
    İcbari tibbi sığorta ilə sevindirici xəbər
  • 24-02-2026, 09:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 08:00
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • 23-02-2026, 15:30
    Aldığımız mandarin nə üçün tez kiflənir?
  • 23-02-2026, 14:30
    Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
  • 23-02-2026, 14:00
    Bakıda ana oğlunun qatilini bağışladı
  • 23-02-2026, 13:30
    Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
  • 23-02-2026, 09:30
    Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi
  • 22-02-2026, 19:30
    Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
  • 22-02-2026, 19:00
    Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
  • 22-02-2026, 07:00
    “WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
  • 20-02-2026, 13:30
    “Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
  • 20-02-2026, 12:00
    Səngərlərdəki Ukrayna qoşunları ciddi təhlükə ilə üzləşib
  • 20-02-2026, 10:00
    Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək – Yeni qərar
  • 20-02-2026, 07:00
    “Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?
  • 16-02-2026, 17:00
    Bakıda və bölgələrdə külək güclənəcək – Xəbərdarlıq
  • 16-02-2026, 16:30
    Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər
  • 16-02-2026, 06:00
    Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT
  • 14-02-2026, 14:30
    Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
  • 14-02-2026, 13:00
    “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
  • 14-02-2026, 08:00
    Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir
  • 13-02-2026, 16:30
    Fevralda bahar havası: neçə gün davam edəcək?
  • 13-02-2026, 16:00
    Ata Abdullayev azadlığa çıxdı
  • 13-02-2026, 13:00
    Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
  • 13-02-2026, 11:30
    ABŞ-da qəribə insident – əyləncə şarları kartel dronu kimi məhv edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə