Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan on minlərlə məhbusun azadlığa buraxlımasını nəzərdə tutan 11-ci məhkəmə islahatı paketinə qarşı ictimai etirazlardan sonra xüsusi iclas çağırıb.
Gündəmtv.az CNN Türk-ə istinadla bildirir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisinə təqdim etdiyi qanun layihəsi paketi çərçivəsində veriləcək amnistiya, konstitusiya quruluşuna qarşı cinayətlər, casusluq və terror fəaliyyətinə görə məhkumlara tətbiq edilməyəcək.
İctimai aktivistlər amnistiyaya düşəcək 90 min məhkum arasında qadın və uşaq cinayəti törədənlərin də olmasından narahatdırlar. Lakin ictimai etirazlardan sonra Prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğan uşaqlara qarşı istismar və qadınlara qarşı zorakılıq cinayətlərinin bu paketdən kənarlaşdırılması barədə göstəriş verib.
Oxunub: 1