Rusiyanın Oryol vilayətində dəmiryol relslərinə baxış zamanı partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
gundemtv.az xəbər verir ki, hadisə barədə vilayətin qubernatoru Andrey Klıçkov özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, partlayıcı qurğular relslərə baxış zamanı aşkar edilib.
Hazırda hüquq-mühafizə orqanları partlayıcını quraşdıran şəxs və ya şəxsləri axtarışlarını davam etdirir.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 181