• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Rusiyanın Azərbaycandakı “yumşaq güc” layihəsi - ŞOK ADLAR, İFLASIN PƏRDƏARXASI

Manşet / Siyasət / Son dəqiqə

13-09-2025, 09:20



“The Insider” araşdırması nəticəsində Kreml Administrasiyasının ləğv olunmuş “xarici əlaqələr və mədəni əməkdaşlıq idarəsi”nin Azərbaycandakı fəaliyyəti barədə yeni faktlar üzə çıxıb. İdarəyə GRU əməkdaşı Valeri Çernışov cavabdeh olub və məqsəd Azərbaycanda prorusiya QHT-ləri yaratmaq, Moskvanın maraqlarını yaymaq və “yumşaq güc” vasitəsilə təsir dairəsini genişləndirmək idi.

gundemtv.az xəbər verir ki, araşdırmaya görə, həmin idarənin işi klassik dövlət qurumundan daha çox xüsusi xidmət orqanının metodlarına əsaslanırdı. Azərbaycandakı siyasətçilər, məmurlar, hərbçilər və ictimai xadimlər barədə “obyektivlər” toplanaraq Moskvaya göndərilir, Dmitri Kozak üçün hazırlanan məxfi hesabatlar isə şəxsən prezident Putinə təqdim olunurdu. Kremlin əsas narahatlığı isə Azərbaycanda Rusiyanı dəstəkləyən ictimai təşkilatların demək olar ki, olmaması idi.

Məxfi sənədlərdə bu açıq şəkildə vurğulanırdı: “Azərbaycanda rusiyameyilli QHT-lərin mövcudluğu gücləndirilməlidir. Yeni təşkilatların yaradılması və ya köhnələrin dirçəldilməsi ‘yumşaq güc’ alətinə çevrilə bilər. Xüsusi diqqət sərhəd bölgələrinə, gənclərə, tələbə təşkilatlarına, təhsil, rus dili, mədəni layihələr və jurnalistlər forumlarına ayrılmalıdır”.

Moskva göstəriş verdi – Bakıda ard-arda konfranslar təşkil olundu, jurnalistika məktəbləri və müxtəlif forumlar keçirildi. Bu işlər üçün milyonlarla dollar xərcləndi. Moskvaya isə uğurlu hesabatlar göndərilirdi. Ancaq nəticə gözlənilən kimi olmadı.

2024-cü ilin sonlarında Rusiya ilə Azərbaycan münasibətlərində kəskin böhran yaşandı. Dekabrda Rusiyanın hava hücumundan müdafiə sistemi Azərbaycanın sərnişin təyyarəsini vurdu. Moskva nə düzgün izahat verdi, nə də səmimi üzr istədi. Ardınca Yekaterinburqda azərbaycanlılara qarşı polis reydi və onların döyülərək öldürülməsi faktı ölkədə ciddi rezonans yaratdı. Bakı sərt addım atdı: “Sputnik Azərbaycan” bağlandı, rəsmi tədbirlər minimuma endirildi.

Bütün bunların fonunda Kreml öz-özünə suallar verməyə başladı: “Niyə yüz milyonlarla dollar xərclədiyimiz layihə puça çıxdı? Harada səhv etdik? Niyə Azərbaycanda bircə real prorusiya partiyası belə yoxdur? Haradadır ‘yumşaq gücümüz’? Pullar hara getdi?”



“The Insider”in araşdırmasında vurğulanır ki, bu vəsaitlərin böyük hissəsi sadəcə mənimsənilib. Azərbaycan tərəfdəki əsas kurator isə sabiq rəsmilərdən biri – Əli Həsənov olub. Moskva “öz adamımız var” deyərək vəsaitlərin düzgün xərclənəcəyinə inanırdı. Amma nəticədə layihə tam iflasa uğradı.

Ən böyük problem isə təkcə maliyyə yox, ideya idi. Konfranslar və forumlar təşkil olunurdu, amma təklif edilən konsepsiya cəmiyyətdə heç bir qarşılıq tapmırdı. “Sadəcə dost olaq” şüarı azərbaycanlı gənclər üçün cazibədar deyildi. SSRİ nostalgiyası da geniş yayılmadı – cəmi bir neçə yerli fiquru cəlb etmək mümkün oldu.

Rusiyanın təbliğat alətləri – georgiyev lentləri, dövlət televiziyası, Solovyov və Simonyanın ritorikası – Azərbaycanda heç bir təsir doğurmadı. Əksinə, 30 illik Qarabağ münaqişəsi, Xocalı qətliamı, 20 Yanvar faciəsi kimi tarixi yaddaş faktoru, Ukraynaya qarşı müharibəyə mənfi münasibət Kremlin bütün planlarını puça çıxardı.

Ekspertlərin qənaətinə görə, Azərbaycan cəmiyyətində çox güclü “immunitet” formalaşıb. Dövlət müstəqilliyi və suverenliyi ali dəyərdir. Tarixi yaddaş isə rusiyameyilli ideyaların qarşısını avtomatik kəsir.

Nəticə etibarilə, Kreml Azərbaycanda “yumşaq güc” vasitəsilə təsir qurmaq planına yüz milyonlarla dollar xərcləsə də, nəticə sıfır olub.

Əli Səfərli,
gundemtv.az

Oxunub: 493
Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

11-09-2025, 19:00

Yağa tələbatın “ağı”nı necə çıxarıblar?

Manşet / Siyasət

30-08-2025, 19:13

Kreml ABŞ və Qərbə qarşı hibrid savaşa başlayıb: Qərb kəşfiyyatı Rusiyanın dəhşətli diversiya planını ifşa etdi

Manşet / Siyasət

30-08-2025, 09:56

PUTİN TƏHLÜKƏSİZLİK ŞURASINDA QƏRAR VERDİ – SABAHDAN KREMLİN BÜTÜN İTLƏRİ AZƏRBAYCANA HÜRƏCƏK!

Manşet / Siyasət

27-08-2025, 10:11

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: Ölkə başçısından mühüm mesajlar(CANLI)

Manşet

22-08-2025, 12:30

QHT Agentliyi qrant müsabiqəsi ELAN ETDİ

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
23-02-2026, 14:00
Bakıda ana oğlunun qatilini bağışladı
4-02-2026, 15:00
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – Səbəbi bilindi
4-02-2026, 11:00
Bakıda qızı tərəfindən bıçaqlanan ata öldü
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
Son xəbərlər
  • 28-02-2026, 22:30
    İranla sərhədə avtobuslar cəlb edildi: vətəndaşların təxliyəsi həyata keçirilir
  • 28-02-2026, 14:30
    İranın müdafiə naziri ÖLDÜRÜLDÜ
  • 28-02-2026, 12:00
    İrana hücum edilir: XİN-dən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ
  • 28-02-2026, 10:00
    54 yaşlı deputatdan gözlənilməz addım
  • 28-02-2026, 09:30
    Martda bayram bayrama qarışacaq: 16 gün evdə olacağıq
  • 27-02-2026, 17:30
    Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir – Sərəncam
  • 27-02-2026, 09:00
    Pensiyalarla bağlı mühüm təklif
  • 25-02-2026, 09:30
    Moskvada Leyla Əliyeva adından iftar verildi
  • 24-02-2026, 16:00
    Şok iddia – məşhur mesajlaşma platformasının rəhbərinə ağır ittiham
  • 24-02-2026, 14:00
    Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
  • 24-02-2026, 12:00
    İcbari tibbi sığorta ilə sevindirici xəbər
  • 24-02-2026, 09:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 08:00
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • 23-02-2026, 15:30
    Aldığımız mandarin nə üçün tez kiflənir?
  • 23-02-2026, 14:30
    Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
  • 23-02-2026, 14:00
    Bakıda ana oğlunun qatilini bağışladı
  • 23-02-2026, 13:30
    Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
  • 23-02-2026, 09:30
    Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi
  • 22-02-2026, 19:30
    Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
  • 22-02-2026, 19:00
    Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
  • 22-02-2026, 07:00
    “WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
  • 20-02-2026, 13:30
    “Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
  • 20-02-2026, 12:00
    Səngərlərdəki Ukrayna qoşunları ciddi təhlükə ilə üzləşib
  • 20-02-2026, 10:00
    Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək – Yeni qərar
  • 20-02-2026, 07:00
    “Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?
  • 16-02-2026, 17:00
    Bakıda və bölgələrdə külək güclənəcək – Xəbərdarlıq
  • 16-02-2026, 16:30
    Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər
  • 16-02-2026, 06:00
    Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT
  • 14-02-2026, 14:30
    Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
  • 14-02-2026, 13:00
    “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
  • 14-02-2026, 08:00
    Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir
  • 13-02-2026, 16:30
    Fevralda bahar havası: neçə gün davam edəcək?
  • 13-02-2026, 16:00
    Ata Abdullayev azadlığa çıxdı
  • 13-02-2026, 13:00
    Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
  • 13-02-2026, 11:30
    ABŞ-da qəribə insident – əyləncə şarları kartel dronu kimi məhv edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə