Polşa hakimiyyəti Belarus və Rusiya ilə sərhədə 40 minə yaxın hərbçi göndərəcək.Gündəm24.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik məlumat verib.
O bildirib ki, Rusiya və Belarusun birgə “Qərb-2025” təlimləri hücum xarakterli hesab olunur:“Bu təlimlərə adekvat cavab vermək üçün Polşa və NATO qüvvələrinin iştirakı vacibdir. Yaxın günlərdə sərhəddə 40 minə yaxın əsgərimiz olacaq”.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 120