“Novaya qazeta Evropa”nın mənbələrinə görə, Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə FSB tərəfindən nəzarət olunur.
Gündəm24.az xəbər verir ki, iddialara əsasən, Kadırov Moskva həkimlərinin göstərişlərinə əməl etmir və özbaşına müalicə ilə məşğul olur ki, bu da dəfələrlə sağlamlıq böhranlarına səbəb olub.
Jurnalistlərin müşahidəsinə görə, son zamanlar Kadırov əsasən statik vəziyyətdə nümayiş olunur, addımları yavaşıyıb, geyimləri isə daha geniş olub. Onun mütəmadi olaraq dializ proseduru keçdiyi, iş qrafikinin isə buna uyğunlaşdırıldığı qeyd olunur.
Məlumata görə, fevral ayında Kadırova nefrostoma — sidiyin axıdılması üçün drenaj borusu quraşdırılıb. Bu cihazla illərlə yaşamaq mümkün olsa da, ciddi narahatlıq yaradır.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 125