Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) Çeçenistan lideri Ramzan Kadırova qarşı cinayət təqibi başladığını açıqlayıb.
gundemtv.az xəbər verir ki, SBU-nun məlumatına görə, Kadırov açıq şəkildə bəyan edib ki, Rusiya ordusundakı çeçen komandirlərə ukraynalı hərbçiləri əsir götürməməyi və döyüş meydanında öldürməyi əmr edib.
Bundan əlavə, Kadırov Ukraynalı əsirləri Qroznydəki hərbi obyektlərin damlarına çıxarmağı və onları dron hücumlarına qarşı “canlı qalxan” kimi istifadə etməyi tapşırıb.
SBU bu əməlləri əsas gətirərək ona “hərbi cinayətlər” maddəsi ilə şübhə elan edib.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 55