Ermənistan parlamentinin vitse-spikeri, “Vətəndaş Müqaviləsi” Partiyasından Ruben Rubinyan bildirib ki, əgər müxalifət hakimiyyətə gəlsə, razılaşmayan hər kəsi güllələməyə başlayacaq.
gundemtv.az xəbər verir ki, Rubinyan Kocaryan tərəfdarı deputatları və “telefon zəngi ilə ədalət tələb edən” iddialarını sərt şəkildə tənqid edib: "Son 30 ildə harada idiniz? Hələ doğulmamışdınız? Bugünkü 18 yaşlı gənclər Kocaryanın prezidentliyini xatırlamayacaq və onun müqəddəs olduğunu düşünəcəklər? Narahat olmayın, valideynləri və dostları onlara hər şeyi danışacaq".
O, həmçinin müxalifətin “raşen paltarında terrorçular” işi üzrə cinayət təqibi ilə bağlı açıqlamalarını da şiddətlə pisləyib.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 24