Amerikalı sağçı fəal Çarli Kirk sui-qəsd cəhdindən sonra dünyasını dəyişib.
Gündəm24.az xəbər verir ki, o, Yutah ştatında keçirilən debat zamanı odlu silahla yaralanaraq ağır vəziyyətdə xəstəxanaya aparııb.
ABŞ prezidenti Donald Tramp ölüm xəbərini təsdiqləyib və “Truth Social” platformasında paylaşım edib:
“Böyük və hətta əfsanəvi Çarli Kirk öldü. Amerika gəncliyini ondan yaxşı heç kim başa düşmürdü və onlara bu qədər önəm vermirdi. Hər kəs onu sevirdi və heyran idi, xüsusilə də mən. İndi isə o, getdi. Melaniya və mən onun həyat yoldaşı Erikaya və bütün ailəsinə dərin hüznlə başsağlığı veririk. Çarli, səni sevirik!”, – deyə Tramp yazıb.
Qeyd edək ki, Çarli Kirk ABŞ-da tanınmış mühafizəkar fəal idi.
O, Respublikaçılar Partiyasını və Donald Trampı açıq şəkildə dəstəkləyir, mütəmadi olaraq media çıxışları edir, kolleclərdə debat və mühazirələr keçirirdi.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 27