“Ermənistan ərazisində ‘Zəngəzur dəhlizi’ adlı infrastruktur ola bilməz”
Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıqlayıb.
gundemtv.az xəbər verir ki, Paşinyan ABŞ-la müzakirə olunan TRIPP layihəsinin gündəmdə olduğunu bildirib. O qeyd edib ki, Ermənistan və Azərbaycan arasındakı kommunikasiya xətlərinin birləşdirilməsi vacibdir.
Lakin Paşinyanın sözlərinə görə, Ermənistan ərazisində “Zəngəzur dəhlizi” adlanan infrastrukturun yaradılması mümkün deyil:
“Amma istisna etmirəm ki, bu ad Azərbaycanda çox populyardır və orada hansısa infrastruktur, o cümlədən Trampl Marşrutuna qoşulacaq layihə belə adlandırıla bilər”.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 62