Rusiyanın Yekaterinburq şəhər məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınskinin oğlu Mutvala Şıxlinskinin həbs müddətini 14 dekabra qədər uzadıb. Məhkəmə ittihamı daha ağır maddəyə dəyişib.
gundemtv.az xəbər verir ki, əvvəlcə M. Şıxlinskinin Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunduğu bildirilirdi, lakin indi həmin maddənin 2-ci hissəsi tətbiq olunub. O, atasının Rusiyada hüquq-mühafizə orqanları tərəfindən qanunsuz və zorakı həbs olunması zamanı “hökumət rəsmisinə” qarşı zorakılıq göstərməkdə ittiham olunur.
Hadisə rəsmi Bakı tərəfindən Rusiyada Azərbaycan diasporuna qarşı hüquqazidd təzyiq siyasətinin bir hissəsi kimi qiymətləndirilir, yerli ekspertlər bunun həm də siyasi motivli addım olduğunu bildirirlər.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 55