İranın Hörmuzqan əyalətinin liman şəhəri olan Cask şəhərində Qəniz Qüvvələrinin bazasında partlayış olub.
Gündəm24.az xəbər verir ki, bu barədə İran Telegram kanalları məlumat yayıb.
Məlumatda bildirilir ki, partlayışdan dərhal sonra bazadan qalxan qatı tüstü şəhər səmasını bürüyüb.
İnsidentin səbəbləri açıqlanmır.
Qeyd edək ki, İsraillə baş verən 12 günlük müharibədən sonra İranın müxtəlif bölgələrində naməlum partlayışların sayı artıb.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 26