Rusiyalı akademik Yevgeni Fedosov 96 yaşında dünyasını dəyişib. Gündəm24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Fedosov SSRİ-nin nüvə triadasının hava komponentinin hazırlanmasının əsas ideoloqu olub. Onun rəhbərliyi altında RAN-a bağlı NİİAS strateji təyinatlı "X-55" qanadlı raketlərin "Tu-95MS" və "Tu-160" daşıyıcı təyyarələrlə birlikdə inkişaf etdirilməsi üzrə tədqiqat işlərini həyata keçirib.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 25