Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxış edərək, ölkədə qaz çatışmazlığı riski barədə xəbərdarlıq edib və alternativ enerji mənbəyi kimi kömürdən istifadəni tövsiyə edib.
gundemtv.az xəbər verir ki, Putinin sözlərinə görə, Rusiyanın kömür ehtiyatları 900 il boyunca kifayət edəcək və düzgün istifadə olunduqda daha effektiv enerji təmin edə bilər:
“Bütün ehtiyatlar tam şəkildə istifadə olunarsa, ekoloji tələblərə riayət etməklə daha böyük enerji səmərəliliyi əldə etmək mümkündür”, – deyə o əlavə edib.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 33