Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Sverdlovsk vilayətində baş verən insidentlə bağlı göstəriş verib.
gundemtv.az xəbər verir ki, o, miqrantların Yekaterinburqda yerli sakini döyməsi faktı üzrə başlanmış cinayət işinin gedişi barədə hesabat tələb edib.
Bastrıkin həmçinin həmin şəxslərin Rusiya ərazisində qanuni olub-olmamasının yoxlanılmasını tapşırıb.
Lakin sosial şəbəkələrdə yayılan şərhlərdə vurğulanır ki, əksinə, rus millətçisinin Özbəkistan vətəndaşı olan taksi sürücüsünə hücumu barədə cinayət işinin açılacağı gözlənilmir. Tənqidçilər hesab edirlər ki, hüquqi mexanizmlər yalnız “bir istiqamətdə” işləyir və miqrantlara qarşı ayrı-seçkilik yanaşması mövcuddur.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 164