Ermənistan Tehranla münasibətlərində İranın milli maraqlarına qarşı addım atmayacaq.
Gündəm24.az xəbər verir ki, bunu İranın İrəvandakı səfiri Mehdi Sübhani “Isca News”a müsahibəsində deyib.
Onun sözlərinə görə, tərəflər arasında razılaşma milli suverenlik, ərazi bütövlüyü, məhkəmə yurisdiksiyası, qarşılıqlılıq prinsipi və sərhədlərin dəyişməzliyi prinsiplərinə əsaslanır.
Subhani vurğulayıb ki, söhbət yalnız nəqliyyat marşrutlarının açılmasından gedir, “dəhliz” yaradılmasından yox. O, həmçinin tranzit yolunun 99 illik icarəyə verilməsi ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını qeyd edib. Onun sözlərinə görə, şirkət sadəcə marşrutun operatorudur, sahibi deyil.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 25