Pekin şəhərində keçirilən hərbi parad zamanı Vladimir Putin və Si Cinpinin söhbəti Çin televiziya kanalı CCTV-nin mikrofonu tərəfindən təsadüfən qeydə alınıb.Gündəm24.az xəbər verir ki, Qərb mətbuatı söhbətin transkriptini yayıb.
“Əvvəllər insanlar nadir hallarda 70 yaşına çatırdı. İndi isə 70 yaşında hələ də uşaq hesab olunur”, - Çin lideri qeyd edib.
Putin isə deyib: “Biotexnologiyalar sayəsində orqanları sonsuz şəkildə dəyişdirmək mümkün olacaq… İnsanlar hətta ölümsüzlüyə nail ola biləcəklər”.
Si Cinpin əlavə edib ki, “Bəziləri hesab edir ki, bu əsrdə insanlar 150 yaşa qədər yaşaya biləcək”.
Mövlam RZALI
Gündəm24.az,
Oxunub: 33